isaznow.com
Az Iw En Ru

Azərbaycan dövlətçiliyinin xilaskarı

Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-
birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü
olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider  düşünülmüş və cəsarətli qərarları
ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən
məsələləri uğurla həll etmişdir.
Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə
yaşanan durum yaddaşlardadır. Ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın, xaos və
anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqda sabaha ümidsizlik
yaratmışdı. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyevin xalqın cağırışına səs verməsi, birlik,
həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. Bu fikri böyük inam və qətiyyətlə
bildiririk ki,  Ulu Öndər Heydər Əliyev  istər Azərbaycan tarixində,  istərsə də xalqın yaddaşında 
müstəqil və müasir dövlətin simvolu kimi qalır və qalacaq.  O, Azərbaycanın yeni tarixində  müstəqil 
dövlətin əsaslarını yaradan, onların ardıcıl  inkişafını  təmin edən  siyasi kursun və inkişaf
strategiyasının müəllifidir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev
şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və Vətənə məhəbbət hissindən
qaynaqlanan inamın təzahürüdür.  Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb,
hörmət etdiyi Azərbaycan kimi  bir dövləti yaratmaq xilaskar  kimi ona nəsib oldu. Onun hakimiyyətə
qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ilin 3
oktyabrında yüksək etimad qazanaraq Prezident seçilən  və 11 oktyabr 1998-ci ildə qələbəsini
təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı.
1993-cü ildən başlanan inkişaf, tərəqqi yolu müasir Azərbaycana möhtəşəm uğurlar qazandırır.
Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini  zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa
çatdıran Ümummilli Lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi.
Demokratik  cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, müxalif
qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Bütün
prioritetlərin əsasında isə qüdrətli respublikanın inkişaf perspektivləri – düşünülmüş, dünya siyasətinə
uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin
möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın
mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının
qorunması, çoxmillətli respublika olan Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün
vətən olması və s kimi  biri-birindən məsuliyyətli vəzifələr dayanırdı.
Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə biri-birindən çətin, o dövrdə həyatı
əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin, insan hüquq və
azadlıqlarının təminatı konsepsiyasını hazırladı, Milli Konstitusiya qəbul olundu. Dünya
Azərbaycanlılarının I Qurultayı keçirilməklə, soydaşlarımızın həmrəyliyi təmin edilməklə Azərbaycan
həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün
hüquqi bazanın əsası qoyuldu.
Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-
birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü
olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider  düşünülmüş və cəsarətli qərarları
ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən
məsələləri uğurla həll etmişdir.
30 il  arzusunda olduğumuz hədəfimiz  reallığa çevrildi. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan
dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər
qazanmaqla sübuta yetirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan
Ordusunun gücü, qüdrəti sayəsində  bu gün qalib ölkənin qalib vətəndaşlarıyıq. İşğaldan azad edilmiş
torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır,  bərpa-quruculuq işləri geniş vüsət alıb.
Bu gün  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ruhu şaddır.
Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir, qürurludur.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru


04:07 05.05.2023