

Bir neçə gün öncə sosial şəbəkədə belə bir yazı qarşıma çıxdı. Başlıq diqqətimizi çəkdi. Açıb nə görsək yaxşıdır? Həmin o yazı 7GÜN TV-yə, yəni bizim saytımıza istinad edilmişdir. Baxdıq ki, bizim saytda "Ədliyyə Naziri ilə Penitensiar Xidmətin rəisi bir-birinə "girib"?" başlıqlı yazı yoxdur və olmayıb. O zaman bu hardan ortaya çıxdı?
Bilənlər bilir ki, bizim sayt məmurları ən sərt şəkildə tənqid edir. Bu səbəbdən də bizə qarşı hər cür təxribatın olacağını həmişə gözləyirik. Ancaq belə ucuz yola əl atılacağı ağlımıza gəlməzdi. Yazını bizim adımızdan yazıb, sonra da bəzi saytlar vasitəsi ilə onu tirajlayıblar. Görəsən həmin saytlar hardan və kimlər tərəfindən idarə olunur? Hazırda bu istiqamətdə araşdırma aparırıq. Tezliklə ətraflı məlumat verəcəyik.
7GÜN TV olaraq bunu təxribat kimi qiymətləndiririk. Biz, hansısa yüksək vəzifəli şəxslərin nəzarətində olan təxribatçı medianı səhv yoldan çəkindirməyə, jurnalist adına ləkə gətirməməyə çağırırıq.