isaznow.com
Az Iw En Ru

Şəhid Şahin Çıraqovun şəhadətə qovuşduğu gün.....

Bu yazı 28 aprel 1992 ci ildə,Narınclar döyüşündə düşmənin dörd əsgərini məhv etmiş ;əzizim,kəşfiyyat komandiri ,şəhid Çıraqov Şahin Əli oğlunun əziz xatirəsinə ithaf olunur.
Həmin döyüşdə Şahin Çıraqov dostu Baxtı ilə birlikdə düşmənlə üzbəüz vuruşaraq qəhrəmancasına şəhid olmuş; hərbi bölüyü xilas etmişdi.
Şahin və Baxtı 1-ci Qarabağ müharibəsində erməni mifini dağıtmış ;
düşmənin ön cəbhəsini yarıb, hücuma keçmiş ilk hərbiçidilər!
Həmin vaxt göstərdiyi qəhrəmanlığa görə Kəlbəcərin Laçın kənd orta məktəbinə onun adı verilmlşdi.
Ona Milli qəhrəman adının verilməsi üçün o zamankı Kəlbəcər Rayon XDS tərəfindən Müdafiə Nazirliyi qarşısında məsələ qaldırılmışdı. /

Ağlayıb sızlama,şəhid anası
Şəhidlər- müqəddəs Vətən ,
deməkdi
Fəryad çəkib,ürəkləri dağlama
Şəhidlər-ər igid ,ərən,
deməkdi !

Varsa şəhidimiz, Vətənimiz var
Əkib becərməyə ,torpağımız var
Dəmirdən,poladdan yumruğumuz var
Şəhidlik,- alınmaz qala,
deməkdi !

Belini bükmə, sən, şəhid atası
Xəlvətə çəkilib, tənha üzülmə
Çiynini uca tut,heç vaxt kiçilmə
Şəhidlik-yüksəklik ,zirvə ,
deməkdi !

Qəlbləri dağlama,şəhid bacısı
Göynəyib,hıçqırıb sızlama elə
Ağuyla eşqırıb, ağlama elə
Şəhidlər-əbədi yaşar,
deməkdi !

Şəhidlər olmasa, Günəşimiz
yox
Şərəfli ömrümüz,tariximiz yox
Millətlər içində, gur səsimiz yox
Şəhidlik-yaşatmaq,həyat , deməkdi !

Dərdə dözüm göstər, şəhid xanımı
Əlləri qoynunda,gəzmə biçarə
Ahu-zar eyləyib, geyinmə qarə
Şəhidlik-şan şərəf, qeyrət,
deməkdi !

Bu yazıyla barış, şəhid qardaşı
Qisasa qisas,al;cəsarət eylə
Silaha sarılıb, cəsurluq eylə
Şəhidlik,basılmaz Vətən ,-deməkdi !

30 aprel 1992 -ci il


17:55 29.04.2023