isaznow.com
Az Iw En Ru

Balkan ölkələri münasibətlərdə yeni səhifə

Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri Azərbaycan–Balkan ölkələri
münasibətlərində yeni səhifə, rəsmi Bakının Avropa İttifaqının enerji təhlükəsizliyində çəkisinin
artmasına mühüm töhfə oldu. Prezident İlham Əliyevin özünün də ifadə etdiyi kimi: “Biz Avrasiyanın
enerji xəritəsini yenidən cızırıq”. Görüş və imzalanma mərasimlərində Bolqarıstan, Rumıniya,
Macarıstan, Slovakiya və Avropa İttifaqının rəsmilərinin də davranışlarından da göründü ki, onlar
Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, bu prosesdə Prezident İlham Əliyevlə birlikdədirlər.
Xüsusən Bolqarıstanın Prezidenti və Aİ komissarının çıxışlarında bu, özünü daha aydın formada
göstərdi.
Rusiya-Ukrayna münaqişəsi fonunda Avropanın enerji bazarında Azərbaycan təbii qazına
tələbat durmadan artır. Prezident İlham Əliyevin zamanında reallaşdırdığı layihələr isə imkan verir ki,
Bakı bu tələbata adekvat reaksiya verə bilsin. Avropanın enerji mənbələrinin diversifikasiyasında və
enerji təhlükəsizliyinin təmin olunmasında rolu, Avropanın enerji bazarında Azərbaycan qazına
tələbatın durmadan artması Bakını qane edir. Lakin dövlətimizin başçısı həmişə olduğu kimi, yenə də
daha irəli baxmağa üstünlük verdiyini gizlətmir. Prezident İlham Əliyev bildirdi ki, “biz fəal enerji
diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə
qədər layihələr var”. Təbii ki, ilk növbədə, Azərbaycan təbii qaz təchizatçısı kimi əhatə arealını
genişləndirməkdədir. TAP layihəsi uğurla reallaşdırıldıqdan sonra Prezident İlham Əliyevin enerji
siyasətinin yeni səhifəsi olan “Həmrəylik Halqası”na start verilməsi məhz bu konsepsiya ilə üst-üstə
düşür. Azərbaycan qazının Yunanıstan ərazisindən İtaliyaya ötürülməsini ehtiva edən TAP-a əlavə
olaraq “Həmrəylik Halqası” 10-dan çox Avropa ölkəsinin enerji təminatında Azərbaycanı söz sahibinə
çevirəcək və Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələr yeni mərhələyə daşınacaq. Prezident İlham
Əliyev məhz belə amilləri nəzərə alaraq Sofiyada bəyan etdi ki, “Avropa İttifaqına üzv dövlətlərin
üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var”.
“Həmrəylik Halqası” təktərəfli layihə deyil, həm mənbə ölkə olaraq, həm də, eyni zamanda,
reallaşmasında dövlətimizin başçısının xüsusi həlledici rol oynadığını nəzərə alaraq, heç şübhəsiz,
prosesin flaqmanı Azərbaycandır.  Nəzərə alsaq ki, Azərbaycan yalnız neft və qaz təchizatı ilə
kifayətlənmir və Prezident İlham Əliyevin də çıxışında bəyan etdiyi kimi, Azərbaycan bərpaolunan
enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışır. Azərbaycanda bərpaolunan enerjinin
hesablanmış potensialının təxminən 200 qiqavat olmasını, bu mənbənin isə heç bir zaman
tükənmədiyini, yaşıl enerjinin əsas ixrac istiqamətinin isə Avropa olduğunu qəbul etsək, heç şübhəsiz,
yaxın və uzaq perspektivdə Avropanın enerji təhlükəsizliyi üçün Bakı ən arzuolunan təminatçı kimi
rolunu daha da gücləndirəcəkdir.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
aparıcı məsləhətçisi


16:10 28.04.2023