isaznow.com
Az Iw En Ru

Azərbaycanın uğurlu enerji siyasəti Bolqarıstan üçün də faydalıdır

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bu səbəbdəndir ki, dünyanın bir çox
ölkələri Azərbaycanla əlaqələrin daha da genişləndirilməsinə maraqlıdır. Son illərdə Azərbaycan-
Bolqarıstan münasibətləri də uğurla  inkişaf etməkdədir. Prezident İlham Əliyevin aprelin 25-də  bu
ölkəyə işgüzar səfəri qarşılıqlı əlaqələrin daha da inkişafının göstəricisidir.
Bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirəcək və
qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcək. Səfər çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyevin bolqarıstanlı həmkarı ilə təkbətək görüşündə ölkələrimiz
arasında münasibətlərin strateji xarakter daşıdığı vurğulanıb.
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli
əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada
Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət
dinamikası ilə seçilib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri
ötən dövr ərzində iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Bir
sözlə, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı
tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin
gücləndirilməsində maraqlıdır.
Azərbaycanın uğurlu enerji siyasəti  Bolqarıstan üçün də faydalıdır. Azərbaycan təbii qazını
Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria,
IGB) bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə,
Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni
mərhələyə yüksələcək. Cənab Prezidentin bu ölkəyə işgüzar səfəri çərçivəsində aprelin 25-də Sofiyada
“Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream”
(Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın
təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması  enerji sahəsində əməkdaşlığı daha da
gücləndirəcək. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü
sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü
“Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş
ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Prezident İlham Əliyevin imzalanma
mərasimində dediyi kimi, Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji
təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha
çox qazı ixrac etməyə fürsət yaradacaq. Bolqarıstan Prezidenti Rumen Radev isə Azərbaycanın təkcə
Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşı olduğunu vurğulayıb. Dövlət başçısı bu
hadisəni Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqələndirib.
“Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Bolqarıstan münasibətləri strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib və davamlı olaraq güclənir
Səfa Şirinov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi


06:09 28.04.2023