isaznow.com
Az Iw En Ru

Azərbaycan-Bolqarıstan münasibətləri dinamik inkişaf edir

Bütün sahələrdə əldə etdiyi uğurlar, effektli regional və beynəlxalq təşəbbüsləri, həyata
keçirdiyi genişmiqyaslı layihələr ölkəmizin mövqelərini durmadan artırır. Həmçinin dövlətimizin
başçısı cənab İlham Əliyevin xarizması, nümunəvi davranışları, dünya ölkələri ilə münasibətlərin
qurulmasında və inkişafında sərgilədiyi yanaşma, eləcə də hər bir imzasına, hər bir sözünə verdiyi
dəyər ölkəmizin beynəlxalq nüfuzunu yüksəldir. Heç kimə sirr deyil ki, dünya dövlətləri tərəfindən
Azərbaycana olan maraq hər gün durmadan artır. Prezident İlham Əliyev dünyaya elə bir Azərbaycan
təqdim edib ki, artıq onun əhəmiyyəti dərindən dərk edilir, əməkdaşlıqdan məmnunluq ifadə olnur.
Hazırda dünya ən mürəkkəb tarixini yaşayır, bütün coğrafiyaya təsir gücündə olan müharibə yaşanır. 
Bu da əsasən enerji sahəsində problemlərə geniş yol açıb. Belə bir məqəmda Azərbaycanın rolu göz
qabağındadır.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, cənab İlham Əliyev tərəfindən daha da uğurla
inkişaf etdirilən enerji siyasətinin nəticələri bu gün Avropa qitəsindən daha aydın görünür. Bir növ
“qoca qitə”nin xilaskarı rolunda çıxış edir. Vaxtı ilə Cənub Qaz Dəhlizinin reallaşa biləcəyinə şübhə ilə
yanaşanlar bu gün onun əhəmiyyətini şərh edirlər. Həmçinin Azərbaycan dünyaya sadiq tərəfdaş
anlayışını gətirib ki, bunun da dövlətlər arasında əməkdaşlıqda nə qədər vacib nüans olduğu hamıya
bəllidir. Bu məqamda mən dövlətimizin başçısı cənab İlham Əliyevin aprelin 25-də Bolqarıstana baş
tutan işgüzar səfərinə diqqət çəkmək istərdim. Səfər zamanı dövlət başçılarının iştirakı ilə “Bolqarıstan,
Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın
təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma mərasimi oldu.
Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru
ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir və Avropanın enerji
təhlükəsizliyinin təmin olnmasında əhəmiyyətli addımdır. Bu, bir daha təsdiqləyir ki, Avropa ölkələri
düşdükləri böhrandan xilasın real və səmərəli həll variantını qazı Azərbaycandan idxalda görürlər.
Avropa ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq digər sahələrdə də əlaqələrimizin
möhkəmlənməsinə və genişlənməsinə önəmli töhfələr verir. Bu gün Avropa İttifaqının 9 üzv dövləti ilə
Azərbaycanın münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsindədir.
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi


02:08 28.04.2023