isaznow.com
Az Iw En Ru

FHN-nin toya gedən 20 əməkdaşı işdən çıxarıldı – General Sevda Şirinovadan əmr

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin xeyli sayda əməkdaşı işdən çıxarılıb.
 
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, onları işdən FHN-nin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinova azad edib.
 
Belə ki, idarənin 20 əmədaşı guya işlərində verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər. 20 əməkdaşdan 3-ü yüksək rütbəli zabit və idarənin vəzifəli şəxsləridir.
 
Məlumata görə, onların işdən çıxarılmasına səbəb toy mərasimində iştirak etmələri olub.
 
Dəfərlərlə digər məsələlərlə bağlı FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevaya sorğu ünvanlamağımıza baxmayaraq, nə yazılı, də nə də şifahi şəkildə  cavab verilməyib.
 
Buna baxmayaraq, FHN-nin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

16:55 22.04.2023