

Muasir dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və
bütün bu təlatümlərin fövqündə dayanan milli dövlətçiliyimiz Ulu Öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş siyasi kursun mükəmməl bir məntiqdən meydana çıxdığını ortaya qoyur. Ümummilli
Lider nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə çox mühüm və həlledici addımlar atıb. Əminliklə
qeyd edə bilərik ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna rolu
olan əvəzsiz şəxsiyyət olub.Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan
ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəb
olur. Ötən əsrin 90-cı illərində düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri
tərəfindən idarə olunan Azərbaycan da həmin dövrü yaşadı.
Respublikamiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda daxildən
parçalanmaq təhlükəsi ilə də qarşı-qarşıya qaldı. Azərbaycanı bu ağır vəziyyətdən 1993-cü ildə xalqın
israrlı istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev çıxardı. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, "Çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi
və tələbi ilə ümummilli lider Azərbaycana qayıtdı. Xalq onu rəhbər seçdi və ondan sonra ölkəmizin
inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar
olundu. Qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm
qoydu”.Dahi Öndər Heydər Əliyev fəaliyyətə başladığı ilk dövrdə iqtisadiyyatın nə qədər mühüm sahə
olduğuna diqqət çəkmişdir. Ulu Öndər demişdir, "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə
dağıdılıb, xalqın rifahı aşağı düşüb. Lakin ölkəmizin böyük sosial-iqtisadi, elmi-texniki potensialı var.
Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları
respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə
bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.Ulu Öndər Heydər Əliyevin yenidən
hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başladı.
Dahi Öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün
yeni imkanlar yaratdı. İlk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu
siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar
iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etdi. Aparılan ardıcıl və məqsədyönlü
siyasət nəticəsində iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı. Azərbaycanın iqtisadi inkişafında
mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər
sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin
nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı
addımlarını təsdiq edirdi. Ulu Öndərin dühası ilə 1997-ci ildən sənaye məhsullarının buraxılışında ciddi
artım müşahidə edildi. Neft emalı, metallurgiya, ağac emalı, şüşə və çinisaxsı məhsulları istehsalında
artım daha yüksək oldu. Digər istehsal sahələrində geriləmə meyilləri tamamilə dayandırıldı, hasilat
sənayesi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirildi. Sənayenin inkişafı ilə yanaşı, ümummilli
lider ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin
nəticəsində respublikada 40 çox normativ-hüquqi akt qəbul edildi. Kənd təsərrüfatı məhsullarının
satışında qiymətlər tam sabitləşdi, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı.
Bir müddət əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan daha
sonra xaricə məhsul ixrac etməyə başlad. Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə
xüsusilə fərqlənirdi. Azərbaycan bu dövrlərdə pambıq yığımına, üzüm və texniki bitkilərin
becərilməsində ön sıralarda yerini qoruyurdu.Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə
Azərbaycan üzümün, tez yetişən tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Bu inkişaf
Azərbaycanın bütün bölgələrində nəzərə çarpırdı. Azərbaycanda o dövrlərdə pambıq yığımında 100
min tondan çox pambıq toplanması SSRİ-də ən yüksək göstərici kimi, Azərbaycanı onun tabeliyində
olan digər dövlətlərdən fərqləndirirdi.
Ulu Öndər Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata
keçirdi. Belə ki, Ulu Öndər kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə bir neçə
müşavirə keçirib, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış oldu. Bundan sonra aqrar
islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı. Bu isə öz növbəsində məhsul istehsalının
intensiv artımı nəticəsində mümkün oldu. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə
uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişləndi və inkişaf etdi.
1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə, hətta dördrəqəmli faizə qədər artması
müşahidə olunduğu halda, aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən sonra inflyasiyanın bir
rəqəmli həddə saxlanılmasına nail olundu. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə
vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə
dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə, xərcləri isə 72
dəfə artdı.
Ulu Öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş
beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi
islahatlar haqqında xüsusi proqram hazırlandı. Ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı.
Beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə
proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn əsasli islahatlar həyata keçirildi.
Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və
valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində ölkəmizdə
makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Respublikamizin iqtisadi
artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu. Azərbaycanın
iqtisadi siyasətinin əsas istiqamətlərindən biri neft strategiyasının hazırlanması idi. Müəllifi ümummilli
lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də başlanıldı.
Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin
bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.
Ulu Öndər Heydər Əliyevin özünün də vurğuladığı kimi, ""Əsrin müqaviləsi”nin imzalanması
ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı. Bu hadisənin
ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaq”."Əsrin müqaviləsi” adı ilə
indi bütün dünyada tanınan bu müqavilənin imzalanması və gerçəkləşməsi müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Dahi Öndər Heydər Əliyev tərəfindən işlənilib hazırlanan
yeni neft strategiyasının parlaq təzahürüdür. "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının istismarını
nəzərdə tutan neft müqaviləsinin imzalanması ölkəyə xarici investisiyanın ölkəmizə axınına səbəb oldu.
Bu hələ sovet dövründən başlanan danışıqların, Heydər Əliyev tərəfindən atılan konkret addımlarla
həyata keçirilməsi idi. Ulu Öndər Heydər Əliyev düşünülmüş strategiya tətbiq edərək xarici ölkələrin
şirkətlərini Azərbaycana gətirdi. "Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin
dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi.
Məxbilə Əzizova,
Sabirabad rayonu Axısxa bələdiyyəsinin sədri