

Son illərdə Qazaxıstan ilə Azərbaycan respublikaları arasında münasibətlər daha açıq və
hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb.
Dövlətlərarası strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin
genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair
kompleks proqram və bir sıra başqa sənədlər imzalanıb. Hazırda bütün bu razılaşmalar ardıcıl
olaraq həyata keçirilir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət
edən Ali Dövlətlərarası Şuranın təsis edilmişdir.
Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq
var. Fərəhlə deyə bilərik ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə
dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb.
2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması
da böyük əhəmiyyət kəsb edir ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun
infrastrukturunun inkişafına digər ölkələri də cəlb etmək lazımdır. Bu işlər Şərq-Qərb
istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək.
Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi
diqqət yetirilir. Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu
gün hər iki ölkənin prioritet vəzifəsidir. Razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk
partiyası Azərbaycandan keçməklə xaricə göndərilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan və Qazağıstan beynəlxalq təşkilatlar çərçivəsində
fəal qarşılıqlı əlaqə saxlayaraq bütün məsələlərdə bir-birini həmişə dəstəkləmişdir. Xalqlarımız
arasında qarşılıqlı münasibətlər olduqca yüksək səviyyədədir. Hər iki ölkənin dövlət başçılarının
qarşılıqlı səfərləri ölkələr arasında keçirilən belə görüşlər, yaxınlaşmalar hər birimiz üçün
faydalıdır.
Naqil İsgəndərov,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru