isaznow.com
Az Iw En Ru

2018-ci ildə Azərbaycan xalqı ölkənin parlaq gələcəyinə səs verdi

2018-ci il aprelin 11-də cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsindən 5 il ötür. Seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 faizi iştirak
etmiş və şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan
seçicilərinin mütləq əksəriyyətinin, yəni 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının
Prezidenti seçilmişdir. Seçkilərdə yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları,
seçkilər günü beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi
nəticələri ilə üst-üstə düşmüşdür. Demokratik və hüquqi dövlət quruculuğu prosesində inamla
addımlayan, inkişaf edən dövlətimiz və xalqımız üçün 2018-ci ildə keçirilmiş seçkilər də mühüm
uğurlardan biridir.
Əsası ümummilli lider tərəfindən qoyulan siyasi xəttin dövlət başçısı cənab İlham Əliyev
tərəfindən davam etdirilməsinin nəticəsidir ki, dövlətimiz mühüm islahatlara imza atıb. 1990-cı ilin
əvvəllərində yenicə müstəqilli qazanmış ölkəmizin müstəqilliyini itirimək təhlükəsindən xilas etməsi,
dövlətçiliyimizin sarsılmaz dayaqlar üzərində möhkəmləndirilməsi, daxili böhran, xaotik vəziyyətin və
vətəndaş müharibəsi fəlakətinin aradan qaldırılmasından sonra ulu öndər Heydər Əliyev xalqımızın əsl
qəhrəmanına çevrildi. Onun dövlətimiz və xalqımız qarşısındakı xidmətləri əsrlər boyu xatırlanacaq və
gələcək inkişafımıza əsl mayaq olacaq: “2018-ci ilin Prezident seçkilərində xalqımızın yenidən dövlət
başçısı İlham Əliyevə etimad göstərməsi, eyni zamanda ümummilli lider Heydər Əliyevin
azərbaycançılıq ideyalarına xalq tərəfindən verilən dəyərin və qiymətin bariz nümunəsi idi. Xalqımız
ən çətin anlarında dahi şəxsiyyətin xilaskarlıq missiyasını unutmur və bu  siyasətin davamını gələcək
tərəqqinin bünövrəsi hesab edir. Bir sözlə, strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və
dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir. Məhz bu səbəblərdən 2018-ci ilin Prezident
seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir və seçilərin nəticəsi xalqın inam və etibarını ehtiva
edir.
2018-ci ilin Prezident seçkilərinin nəticələrini beynəlxalq təşkilatlar tanıyıb və legitimliyi var.
Dünya dövlətləri uzaqgörən siyasi və dövlət xadimi İlham Əliyevin qətiyyətli siyasətinin seçkilərin
nəticələrinə təsirini etiraf etdilər. Həmçinin 2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha
göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xalq 2018-ci ildə Prezident İlham
Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara və bu islahatların davam etdirilməsinə, bir
sözlə, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyinə səs vermiş oldu. Dövlət başçısı İlham Əliyevin də
çıxışlarının birində qeyd etdiyi kimi, “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək
işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən
əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq.
Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin,
Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.
Vurğun Əmirov,
Sabirabad rayonu Rüstəmli kənd Mədəniyyət evinin müdiri


17:51 11.04.2023