

Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olan 11 aprel
2018-cil ilin növbədənkənar Prezident Seçkiləri ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı
hesab edilir. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev səsvermədə iştirak
etmiş seçicilərin çox böyük əksəriyyətinin səsini qazanaraq yenidən ölkə Prezidenti seçildi. Tamamilə
şəffaf, demokratik qaydada baş tutmuş 11 aprel Prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının
idarəsini özündə əks etdirib. Beynəlxalq və yerli təşkilatların seçkidən öncə keçirdikləri rəy sorğuları,
seçki günü isə keçrilmiş “exit-poll”lar da seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bundan
əlavə, beynəlxalq rəylərdə də Azərbaycanda keçirilmiş növəbədənkənar Prezident seçkilərinin yüksək
səviyyədə baş tutduğu qeyd olunmuşdur.
11 aprel 2018-cil ilin növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqı 2003-cü ildən
etibarən ölkədə görülmüş işlərə, eyni zamanda ölkənin gələcək inkişafına səs vermiş oldu. Cənab İlham
Əliyev 2003-2018-ci illər ərzində ölkəmizdə həyata keçirdiyi düşünlümüş uğurlu siyasəti ilə xalqın
etimadını doğrultmuşdur. Bu illər ərzində ölkənin beynəlxalq nüfuzu davamlı olaraq artmış,
Azərbaycan regionun ən güclü dövlətinə, dünyada isə söz sahibinə çevrilmişdir. Həyata keçirilən
davamlı islahatlar ölkəmizin dayanıqlı inkişafına hədəflənmiş və insanların sosial rifah halı
yaxşılaşdırılmışıdr. Özünün iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanda hər bir sahədə inkişafa
nail olunmuş, neft-qaz sektoru ilə paralel olaraq qeyri-neft sektoru da inkişaf etdirilmişdir. Yaradılan
yeni iş yerləri sayəsində ölkədə işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, həyata keçirilən sosial siyasət
nəticəsində isə yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enmişdir. 2003-2018-ci illər ərzində ölkədə
maaşların təxminən 7 dəfə, pensiyaların isə 10 dəfədən çox artırılması da ölkənin iqtisadi gücündən
xəbər verir.
Əldə edilən bütün uğurlar ölkə başçısının davamlı olaraq həyata keçirdiyi kadr və struktur
islahatlarından qaynaqlanır. Məhz buradan irəli gələrək Azərbaycan dünyada ən çox islahat aparan 10
ölkədən biri kimi tanınmışdır. 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində də
dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Belə ki, Davos Dünya İqtisadi Forumunun “2017-2018
Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşmış və MDB məkanında liderliyini
qoruyub saxlamışdır.
2003-2018-ci illərdə Azərbaycanda hər bir sahədə davamlı inkişaf qeydə alınmışdır. Paytaxt
Bakı ilə yanaşı regionların da inkişafı dövlət başçısının nəzarətində olmuş, yol-nəqliyyat və sosial
infrastruktur müasir dövrün tələblərinə uyğun yenidən qurulmuş, davaml abadlıq-quruculuq işləri
həyata keçirilmişdir. Əhalin içməli suya, təbii qaz və elektrik enerjisinə olan təlabatının ödənilməsi və
kommunal xidmətlərin dayanıqlılığının təmin edilməsi üçün ciddi işlər görülmüş, çoxlu sayda layihələr
həyata keçirilmişdir.
Prezident cənab İlham Əliyevin 2003-2018-ci illərdə həyata keçirdiyi uğurlu siyasət
nəticəsində ölkədə hər bir sahə davamlı olaraq inkişaf etmişdir ki, bu sahələrdən biri də idman
sahəsidir. Bu illər ərzində böyük idman uğurları əldə olunmuş, Azərbaycan dünyada idman ölkəsi kimi
tanınmağa başlamışdır. Ölkə idmanı və idmançılarına göstərilən xüsusi diqqət-qayğı sayəsində
idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr
qazanmışlar. Bundan əlavə, həmin illər ərzində Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli idman
tədbirlərinə də ev sahibliyi etmişdir ki, onlardan Avropa və İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd
etmək lazımıdr.
Azərbaycan xalqı 2003-2018-ci illərdə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi misilsiz
işlərə əsaslanaraq 2018-ci ilin 11 aprelində keçirilən Prezident Seçkilərində də bir daha ona səs
verdilər. Bu seçkilərdə xalqın yekdilliklə cənab İlham Əliyevə səs verməsi həmçinin müstəqil
Azərbaycanın parlaq gəlcəyinə verilmiş səslərdir.
Səbinə Əliyeva,
Sabirabad rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru