

Dövlət başçısı İlham Əliyev 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti
seçilməsi ilə əlaqədar andiçmə mərasimindəki çıxışında demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq.
Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız
var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük
nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli
dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası
Prezidenti postuna keçirilən seçki marafonunda 8 namizəd iştirak etmişdi. Şəffaf, azad, demokratik
şəraitdə keçirilən seçkilərdə Prezident İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin
səsini qazanaraq (86,02%) Azərbaycan Respublikasının Prezidenti seçildi. Ötən müddətdə strateji
sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçiminin doğru olduğunu
sübut etdi. İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan
dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı
daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili,
xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib.
2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici
siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün
digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox
məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.
2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi
səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir
çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi.
2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik
islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq
reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir. Tariximizə ən parlaq
Qələbəni yazan, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoyan Azərbaycan
Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsində ölkəsinə qazandırdığı qalibiyyət Vətən,
yurd, xalq, insan sevgisinin zirvə nöqtəsinə çevrildi. O, müharibə dövründə dünyaya təkcə qalib
Sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, uğurlu dövlət başçısı, mahir diplomat kimi
fikirlərini diktə etmədi, həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider
kimi tanıtdı. O, 30 ildir torpaq həsrəti ilə yaşayan insanlarımızı yurdları ilə görüşlər apardı. Yurd
həsrəti bitən vətəndaşları ilə dəfələrlə görüşdü, onlara bir az səbirli olmağı. və yaxın zamanlarda
yenidən öz ata-baba torpaqalrına geri dönəcəklərini bildirdi. Ona sonsuz inamın təcəssümü isə
insanların ümidlərində, qəlblərində yuva saldı. Bu inam və sevgi, sonsuz etibar indi yaranmayıb. İlham
Əliyev Prezident seçilən gündən xalqın taleyini öz taleyinə çevirib. “Ölkənin ən dəyərli sərvəti onun
vətəndaşlarıdır” deyən Prezident hakimiyyətdə olduğu dövrdə həmişə xalqını düşünüb, insanların rifah
halını yaxşılaşdırmaq barədə fikirləşıb. Bu illər ərzində o, xalqını, xalq da onu qorudu, ona inandı. O,
bu sevgisi ilə təkcə Vətəni deyil, ölkənin vətəndaşlarını da ucaltdı. Azərbaycanı bütün dünyada söz
sahibi etdi. Güclü ordu qurdu, iqtisadiyyatı gücləndirdi, xalqın rifah halını yüksəltdı. Azərbaycanın
qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayanıb. Prezidentin bölgələrə
səfərləri zamanı insanlarla görüşləri, onlarla səmimi ünsiyyəti, hər birini təmkinlə dinləməsi,
problemlərini məhz onların özlərindən öyrənməsi, yerindəcə tapşırıqlar verməsi, ilk növbədə xalqa olan
hörmətin sübutudur. Bu etimadın təməlində isə qarşılıqlı hörmət, sonsuz inam formalaşıb. “Biz Sizin
gələcəyinizə inanırdıq”, - deyən vətəndaşa Prezident “Təbii ki, belə hadisə baş verəndə mən mütləq
burada, yanınızda olmalı idim ki, ilk növbədə sizə öz dəstəyimi göstərim”, - söylədi.
2016-cı ilin aprelində Ermənistan cəbhə xəttində təxribat törədəndə və nəticədə insanlar ev-
eşiklərindən olanda yenə də onların harayına ilk çatan Prezident İlham Əliyev oldu. Onun dərhal təmas
xəttinə gəlişi düşmənlə üz-üzə dəyanətlə dayanan insanlara inanılmaz ruh vermişdi. Bu, həm də xalqın
liderinin qətiyyət və mərdliyinin, xalqla bir olmasının gözəl örnəyi idi.
Prezident İlham Əliyev həssas əhali təbəqəsinə, şəhid ailələrinə davamlı qayğını əsas tutaraq
zəruri addımlar atır, bu istiqamətdə mühüm tədbirlərin görülməsinə sərəncam verir. . Prezident şəhid
ailələrinə mənzillərin, maşınların açarlarını şəxsən özü təqdim edir, bu qayğını özünə təkcə vəzifə
borcu yox, həm də şərəf sayır. Bu ünsiyyət insanları sevindirir, ürəkləndirir, sabaha inamını artırır və
həm də düşündürür. Çünki bu münasibət son dərəcə səmimidir və ürəkdən gəlir. Məsələn, dövlət
başçısı öz ad günlərində hər zaman xalqın arasında olur. Təqdiredici hadır ki, öz ölkəsinin və xalqının
taleyinə öz taleyi kimi yanaşan Prezident çətin gündə də, xoş gündə də xalqın yanındadır. Ona
insanların sonsuz sevgisini qazandıran da elə bu sadəlik, bu təvazökarlıqdır. Xaqın inam və sevgisini
qazanmaq və uzun illər onu qoruyub saxlamaq hər liderə nəsib olan xoşbəxtlik deyil. 2020-ci ildə
Vətən müharibəsində əldə olunmuş müzəffər qalibiyyət Azərbaycanın qəti qələbəsini təmin etməklə bu
sevgi və inamı daha da gicləndirmiş oldu. 2018-ci ildə "Biz hamımız gələcəyə çox böyük nikbinliklə
baxırıq" tezisi 2020-ci ildə "Qarabağ Azərbaycandır!!!" şüarına çevrilərək Azərbaycanın