isaznow.com
Az Iw En Ru

Azərbaycan-Tacikistan münasibətləri tarixi köklərə, ənənələrə əsaslanır

Azərbaycan-Tacikistan münasibətləri tarixi köklərə, ənənələrə əsaslanır və son illər yüksələn
xətt üzrə inkişaf edir. Dövlətimizin rəhbəri cənab İlham Əliyevin bu ölkəyə səfəri, səmimi şəkildə
keçən görüşlər, imzalanan sənədlər, mətbuata verilən açıqlamalar bunu deməyə əsas verir.
Səfər bir daha göstərdi ki, hər iki dövlət rəhbərinin arzuları, istəkləri üst-üstə düşür və bu
bilavasitə əməkdaşlığın, dostluğun möhkəmləndirilməsinə və xalqların rifahının yaxşılaşdırılmasına,
xoşbəxt gələcəyinə hesablanmışdır.
Tacikistan Prezidenti Emoməli Rəhmonun bəyanatında belə bir fikir ifadə edilmişdir ki,
səmərəli və qarşılıqlı fəaliyyət mexanizmlərinin qurulması nəticəsində xalqlarımızın rifahına xidmət
edən sanballı nəticələrin əldə edilməsinin əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum,
böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu sıx, qarşılıqlı etimada əsaslanan
əlaqələrə yeni vüsət verir və şərait yaradır. Görüşlər və çıxışlar zamanı parlamentlərarası əməkdaşlığın,
mədəni, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, investisiyalar, sənaye kooperasiyası, kənd
təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin
istiqamətlərinə önəm verilmiş, regional və beynəlxalq terrorizmə, ekstremizmə narkotiklərin və
silahlarln qanunsuz dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın
möhkəmləndirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olduğu bir daha ifadə edilmişdir.
Tacikistan Prezidentinə Ulu Öndərimiz Heydər Əliyevin xatirəsinə səmimi münasibətinə görə
təşəkkürünü bildirən cənab İlham Əliyev danışıqların səmərəli aparıldığını, qarşılıqlı fəaliyyətlə bağlı
konkret məsələlərin müzakirə olunduğunu, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret
addımların atılacağına əminliyini qeyd etmişdir. Dövlətimizin rəhbəri demişdir: “Fikrimcə, gələcəkdə
də bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq.
Söylənilən bu fikirlər Azərbaycan-Tacikistan əməkdaşlığının, dostluğunun və qardaşlığının,
sağlam münasibətlərinin sürətləndirilməsi üçün bir zəmanətdir və hər iki ölkənin vətəndaşlarının
ürəyindəndir. Bu, dövlətlərin inkişafına mühüm təkan verməklə əməkdaşlıqda mühüm mərhələdir.


17:47 10.04.2023