

Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri mühüm
əhəmiyyət kəsb edir.
Düşənbədə keçirilən görüşlər zamanı Prezident ölkələrimiz arasında qardaşlıq
münasibətlərinin uğurlu inkişafını qeyd edərək bunun məhz 1990-cı illərin
əvvəllərindəki fəaliyyətin nəticəsi kimi dəyərləndirdi: "O vaxt həm Tacikistan, həm
də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik
pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi
gedirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tarixə toxunmaqla
önəmli məsələləri irəli çəkdi: "Həqiqətən də, ən dəhşətli müharibə qardaş qırğınıdır.
O vaxt Tacikistanda Prezident Rəhmon, Azərbaycanda isə Ulu Öndər Heydər
Əliyev ölkələrində qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün
nə mümkündürsə etdilər. Bu gün isə həm Tacikistan, həm də Azərbaycan iki sabit
dövlətdir. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik
yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar.
Hər iki ölkənin bu günkü vəziyyətinin arxasında böyük liderlərin, xalqlarımızın
əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı
təmin etmək naminə əllərindən gələni etdilər.
Mövsüm Nərimanov,
Sabirabad rayonu Zəngənə kənd sakini, pambıqçı