isaznow.com
Az Iw En Ru

Azərbaycanla Tacikisistan arasında əlaqələr möhkəmlənir

Cari ilin aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan
Respublikasına dövlət səfəri baş tutub.
Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və
qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli
münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət
başçısının Tacikistanın Prezidenti EmoməliRahmon ilə təkbətək və geniş tərkibdə görüşləri
keçirilmişdir.
Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri, o cümlədən də türk dövlətləri ilə ciddi əlaqələr
qurur. Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə
münasibətlərində böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin son 1-2 il ərzində
Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin
başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizingenişlənməsini,
dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər
ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir.
Tacikistanla da Azərbaycanın əlaqələri uzun müddətdir ki, davam edir. İki ölkə arasında
diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il
sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə son illərdə Mərkəzi Asiya ölkələri, o cümlədən
də türk dövlətləri ilə ciddi əlaqələr qurur.
Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük
canlanma müşahidə olunur. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən
regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri
Türk dünyası üzvləri ilə əlaqələrimizingenişlənməsini, dərinləşməsini və strateji xarakter almasını
şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin
gələcəyini müəyyənləşdirir.
Tacikistanla da Azərbaycanın əlaqələri uzun müddətdir ki, davam edir. İki ölkə arasında
diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il
sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
“Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə,
hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar
olacaq, nə də tərəqqi və insanların rahatlığı. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən
ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik
rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”, – deyə dövlət başçısı Düşənbədə Tacikistan
Prezidenti EmoməliRəhmon ilə birgə mətbuata bəyanatında  bildirib.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


17:45 09.04.2023