isaznow.com
Az Iw En Ru

Ruslan müəllim... BELƏ HARA GEDİR? - HƏQİQƏTƏN DƏ...

 "Daima işçilərlə konflikti, onlara qərəzli münasibət bəsləyən bu idarənin rəhbər heyət dəyişilməlidir. Cəzasızlıq sindromu-cinayətin inkişafıdır". Bu çağırışı son günlər Ağsuda yerli qaz istismarı idarəsində yaşanılan neqativ olaylarla bağlı həyəcan təbili çalan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.

Tanınmış hüquq-müdafiəçisi daha sonra bildirib: " "Azəriqaz" İstehsalat Birliyi Ağsu RQİİ-nin işçilərinə qarşı tədbiq etdiyi cəza davam edir. Bu dəfə proses baş mühəndisdən rəis müavininə ötürülüb ! Ağsu RQİİ rəis müavini cənab Ruslan Bünyadov, Göyçay rayon XS-nin 14 nəfər işçisini cəzalandırmaq üçün Ağsu RQİİ rəisi Osman Behbudova müraciət edib.Cənab müavin, bilmək istərdim, işçi ilə bağladığınız Əmək müqaviləsində "abonentlər tərəfindən sərf olunmuş təbii qazın ödənişini düzgün təşkil etmək" öhdəliyi var? Abonent sərf etdiyi qazın dəyərini ödəmirsə ,bununla əlaqadar müvafiq qanunlar var axı,a müavin. Vaxtınız olanda qanunları oxuyun.
Qeyd: cəzalanması tələb olunan işçilər həmin idarə rəhbərliyinin təşəbbüsü ilə qeyri qanuni işdən azad olunmuş və barəsində polis idarəsinə şikayət olunmuş İlkin Məmmədovu müdafiə edən işçilərdir..."


19:58 04.04.2023