

Bakınnın Yasamal rayonunda yerləşən “Capital Towers” rezidentin idarəedən “Capital Towers Residence” MMC şirkətinin rəhbəri dəyişib.
Kanal24 Banker.az-a istinadən xəbər verir ki, Emil Sultanov Rauf oğlu şirkətin direktoru təyin edilib. O, bu vəzifədə Nilgün Qaybaliyeva Akif qızını əvəzləyib.
Emil Sultanov “Gilan Holding” MMC-nin şirkətlərindən birində rəhbərdir. O, “Gilan Orchards” MMC-nin baş icraçı direktorudur.
“Capital Tovvers Residence” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun hazırda 100 manat nizamnamə kapitalı var. Şirkət “Gilan Holding” MMC-nin biznes budaqlarından biridir.