

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə rayon içtimaiyyətinin
nümayəndələrinin iştirakı ilə “Şəhidlər xiyabanı”nın qarşısında mərasim keçirilmişdir.
Tədbiri Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açmış,
şəhidlərin hünər və qəhrəmanlıq yolundan danışmış, həmin dövrü geniş təhlil etmiş və
ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi
qiymət verilməsini Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz
xidmətlərindən biri kimi dəyərləndirmişdir. Natiq bildirmişdir ki, müqəddəs amallar
uğrunda şəhid olanların ömrü Vətənin və Xalqın ömrü qədərdir. Odur ki, biz qürurluyuq
ki, şəhidlərimiz Vətənimizin azadlığı uğrunda canlarını fəda etmişlər.
Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
olunmuş və avtomobillərdən səs siqnalları verilmişdir.
RİHB aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və
təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, din xadimləri, şəhid ailələri, Qarabağ
müharibəsi veteranları, gənclər, təhsil və mədəniyyət müəssisələrinin kollektivləri
xiyabanı ziyarət etmiş və şəhidlərə öz ehtiramlarını bildirmişlər.