isaznow.com
Az Iw En Ru

Sabirabad rayonunda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir

19 yanvar 2023-cü il tarixdə Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
MKS-nin M.Ə.Sabir adına Mərkəzi kitabxanasında “20 yanvar həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda rayon
gənclərin iştirakı ilə dəyirmi masa təşkil olundu.
Tədbir müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş
şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan
olundu.
Tədbiri MKS-nin direktor müavini Nəzakət Salmanova açaraq bu faciənin
xalqımızın azadlıq ideyalarını boğmaq, müstəqillik meyillərini qırmaq məqsədi
daşıdığını, 20 Yanvar Faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra
bilmədiyini hətta bundan sonra xalqımızın mübarizə əzmini daha da alovlandığını qeyd
etdi. Həmçinin xalqla yanaşı, Ulu Öndər Heydər Əliyevin mərdliyi və siyasi iradəsindən
danışan Əfsanə Quliyeva Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu
Öndər sayəsində ilk siyasi-hüquqi qiyməti verildiyini, 1990-cı il yanvarın 21-də Sovet
rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya
ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyindi də öz
çıxışında bildirdi.
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman
Əzimov, Sabirabad MKS-nin direktoru Eldar Urufov öz çıxışlarında Azərbaycanın
müstəqilliyi, suverenliyi uğrunda aparılan mübarizədə, vətənin şərəfi naminə canından
keçən hər bir vətəndaşın keçdiyi bu çətin və müqəddəs yolun gənc nəslə çtdırılmasının
əhəmiyyətindən geniş danışıblar.
Həmçinin tədbirdə orta məktəb şagirdləri 20 yanvar şəhidlərinə həsr olunmuş
şeirlər söyləyib.
Sonda “20 yanvar-33” başlıqlı kitab sərgisinə baxış keçirilib.


22:39 20.01.2023