

Azərbaycan beynəlxalq hüququ və ədaləti güc yolu ilə bərpa etdi. Ölkəmiz BMT
Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək beynəlxalq presedent yaratdı. İstər
müharibənin gedişatı, istərsə də ondan sonrakı periodda baş verən hadisələr bu reallığı ortaya
qoydu ki, bizim məqsədimiz erməni işğalçılığına son qoymaqla regiona sabitlik və inkişaf
gətirməkdir.
Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Prezident
İlham Əliyevin xarici KİV-ə çoxsaylı müsahibələri, onun ən müxtəlif beynəlxalq
platformalardan istifadə edərək dünya ictimaiyyətinə etdiyi ardıcıl çağırışlar son nəticədə
yaratmış olduğumuz yeni reallıqların beynəlxalq birlik tərəfindən tanınmasına gətirib
çıxarmışdır. Artıq əminliklə deyə bilərik ki, 44 günlük müharibənin nəticələri beynəlxalq
miqyasda legitimlik qazanıb. Təbii ki, biz buna asanlıqla nail olmamışıq. Əzmlə, qətiyyətlə,
səbatla, yorulmadan və dönmədən öz səylərimizi davam etdirmişik.
Cənab Prezident İlham Əliyev cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən qeyd etdi ki,
“Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ
müharibəsində Ermənistana sübut etdi, müharibədən keçən iki il yarım ərzində Ermənistanın
himayədarlarına sübut etdi”
Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Ölkəmiz haqlı
tərəf olduğu kimi, həm də güclü tərəfdir. Müharibəni qələbə ilə başa vurmağımız bizə beynəlxalq
miqyasda böyük hörmət və nüfuz qazandırdı. Təbii olaraq, təcrübə onu göstərir ki, qaliblərin
dostları da həmişə çox olur. Və bu gün bizə dost olan ölkələrin sırasının daha da genişləndiyini
müşahidə etməkdəyik. Bu isə öz növbəsində beynəlxalq mövqelərimizin möhkəmlənməsinə
müsbət təsir göstərir, haqq işimizə əlavə töhfələr verir.
Səbinə İsmayılova,
Sabirabad rayonu Güdəcühür köçkün qəsəbə klub-icma mərkəzinin müdiri