isaznow.com
Az Iw En Ru

Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcəkdir

Martın 28-də ölkə başçısı İlham Əliyev Məsim Məmmədovun Prezidentin Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilməsi ilə əlaqədar onu qəbul
edərək bu rayonun gələcək inkişafi, işğaldan azad edildikdən sonra burada görülən işlər, həyata
keçirilən və nəzərdə tutulan layihələrdən danışib, həmçinin bir sıra mühüm məsələlərə toxunub.
Qeyd edilməlidir ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir və bu rayonun çox
böyük potensialı vardır. Rayon 28 il işğal altında olub və bu işğal dövründə rayonun bütün
infrastrukturu Ermənistan tərəfindən məhv edilərək ətraf mühitə böyük ziyan vurulub. Bütövlükdə,
ərazinin meşə fondunun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv
edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.  İşğal
dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparıblar. Xaricdə yaşamış ermənilər həm
Laçın şəhərinə, həm bir neçə kəndə gətirilərək orada yerləşdiriliblər. Bu isə öz növbəsində bütün
beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Yaddan çıxmamalıdır ki, Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin
xəyanətinin nəticəsidir. 90-cı illərin əvvəlində AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən
yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq
onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Nəticədə isə müdafiəsiz qalan rayon ermənilər
tərəfindən işğal edildi və rayonun əhalisi döğma yurdlarından didərgin düşərək ölkənin müxtəlif
rayonlarında məcburu köçkün həyatı yaşamağa məcbur oldular.
İkinci Qarabağ müharibəsi başa çatanda rayon Azərbaycanın nəzarətinə keçsə də, obyektiv
səbəblərdən Laçın şəhəri nəzarətdən kənarda idi. 2020-ci il noyabrın 9-da Prezident İlham Əliyevin
Rusiya Prezidenti ilə bütün gün ərzində apardığı danışıqlar nəticəsində Laçın şəhərinin də Azərbaycana
qaytarılması şərtləri razılaşdırıldı və bu məqsədlə alternativ yolun çəkilişi yekun Bəyanata salındı.
İkinci Qarabağ müharibəsi başa çatan kimi ölkə başçısı tərəfindən dərhal göstəriş verildi ki, yeni yolun
marşrutu və bütün texniki parametrləri müəyyən edilsin və Azərbaycan bu işi bir il yarım ərzində həll
etdi. Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun 2-də yol istismara verildi.
Avqustun 26-da isə Azərbaycan ordusu Zabux, Sus kəndlərinə və Laçın şəhərinə daxil oldu.
Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata
keçirilir. Laçında beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması
aparılır, Göygöl rayonundan  Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.
Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcəkdir.
Azərbaycan dövlətinin qarşısında duran əsas məqsəd Laçın rayonuna qayıdacaq keçmiş məcburi
köçkünlərin bundan sonra Laçında rahat yaşamalarının təmin edilməsidir.  Bununla bağlı Zabux və Sus
kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus
kəndində isə 300-dən çox insan yerləşəcəkdir. İki il ərzində Laçın rayonuna təqribən 10 minə yaxın
keçmiş köçkün yerləşdirilməsi nəzərdə tutulub. Artıq Güləbird və Qorçu kəndlərinin Baş planı
təsdiqlənib.
Quruculuq işlərinin birinci mərhələsində Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya
ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası
yenidən qurulur,  tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlər
cari ilin sonuna qədər başa çatdırılacaqdır. Bu gün Laçın şəhərinin bütün infrastrukturu – su xətləri,
kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar  yenidən qurulur. Yaxın gələcəkdə isə Laçın, nəinki
Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru


21:42 29.03.2023