

Azərbaycanlılar son iki yüz il ərzində erməni millətçilərinin mifik “Böyük Ermənistan”
ideyasını gerçəkləşdirmək məqsədilə davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar
siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə
çevriliblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel
aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun”
partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. 1918-ci ilin əvvəllərində Leninin
himayəsi altında Ş.Şaumyan Bakı Kommunasının rəhbəri oldu. Həmin il martın 30-da erməni-bolşevik
birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular və martın 31-də və aprelin ilk günlərində
qırğınlar kütləvi xarakter aldı. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc
azərbaycanlını qətlə yetirdilər.
Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan
ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirildilər. Zəngəzur qəzasında 10 mindən
çox, Şamaxı qəzasında 10 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürüldü.
1918-1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min
azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür.
Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən kütləvi qırğınların Bakı, Quba,
Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda,
Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on
minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmişdir. Tarixi Azərbaycan torpaqlarında ermənilər
tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri
məhv edilmişdir. Bütün bu faktlar 70 il ərzində Sovetlər dönəmində bilərəkdən gözlədilərək xalqın
yaddaşından silinməyə çalışılmışdı.
Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan
sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il
martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamda deyilir: “Azərbaycan xalqının başına gətirilən
ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin
mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla
törədilmiş kütləvi qırğınlardır”.
XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü zamanı növbəti soyqırım
hadisəsi törədildi. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və
amansızlığı ilə seçilən Xocalı soyqırımı bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən
səhifəsi oldu.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart
soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Həmçinin qurur və fərəh hissi
ilə yaşayır. Nəhayət ki, ermənilərin işğal və soyqırım siyasətinə cavab olaraq 2020-ci ilin sentyabrında
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Azərbaycan
Ordusu 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Qələbə qazandı, işğalaltında olan
torpaqlarımız azad edildi. Bu qələbə ilə bütün şəhidlərimizin, 31 mart soyqırım qurbanlarının qisası
alındı. Bu gün həmin torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və məcburu
köçkünlərimiz öz doğma yurd-yuvalarına köçəcəkləri günü səbirsizliklə gözləyirlər. Görülən işlər isə
bunun çox tezliklə olacağına əminlik yaradır.
Şafiq Heydərov,
Sabirabad rayon Suvarma sistemləri idarəsinin rəisi