

Rusiya imperiyasının cənub sərhədlərinin möhkəmləndirilməsi, buraya imperiyaya sadiq
xristian millətlərin köçürülməsi siyasəti nəticəsində Azərbaycan torpaqlarına köçürülən ermənilər illər
boyunca “Böyük Ermənistan” xülyasını reallaşdırmağa çalışıblar. Öz havadarlarının köməyi ilə
müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata
keçiriblər.
Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel
aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar
olmuşdur. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan,
Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və
daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz
torpaqlarından qovmuşlar. Həmin günlərdə Azərbaycanlılar məhz etnik və dini mənsubiyyətinə görə
qətlə yetirilib, insanlar işgəncələrə məruz qalmışdılar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət
abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Bu hadısələr öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər
tarixində də ən qanlı faciələrdən biridir. Tarixi araşdırmalar göstərib ki, mart soyqırımında
“Daşnaksutyun” partiyasının rəhbərliyi və birbaşa iştirakı ilə həyata keçirilib. Sovetlər dönəminədə 70
il xalqdan gizlədilən bu qanlı hadisə nəhayət ki, ulu öndər Heydər Əliyevin səyləri ilə
Azərbaycanlıların soyqırımı kimi tanındı. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin
dünyaya yayılması işlərinə başlanıldı. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev
“Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Həmin Fərmanla martın 31-i
“Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir
çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi
faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri
qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta
yetirir.
Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının
xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr
2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“ninyaradılmasına
qərar vermişdir. Memorial kompleks 2013-cü il sentyabrın 18-də ölkə başçısının iştirakı ilə açılmışdır.
Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər
barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham
Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”
Sərəncam imzalamışdır.
Bu istiqamətdə görülən işlər, aparılan tədqiqatlar, yazılan kitablar və s. işlər soyqırım
hadisəsinin dünya ictimaiyyətinə çatdırılması və dünyanın “məzlum xalq” kimi tanıdıqları erməni
millətçilərinin iç üzünün açılmasına köməklik göstərəcəkdir.
Murad Çuşkunov,
Sabirabad RİH başçısının Axısxa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi