isaznow.com
Az Iw En Ru

Ermənistana və ona havadarlıq edən ölkələrə xəbərdarlıq

Artıq üçüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda
qeyd edir. Ermənistanın 30 il davam edən  işğalı dövründə Prezident İlham Əliyevin xalqımıza bayram
təbriklərində bu amal, arzu xüsusi vurğulanırdı ki, işğal altında olan torpaqlarımız tezliklə azad
ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Həmin günün uzaqda olmadığı 
bildirilərək, belə bir  əminliyi şərtləndirən amillər də diqqətə çatdırılırdı. Artıq işğal altında olan
torpaqlarımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli
Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə
yeni həyat başlayıb.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə  genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Azad Qarabağ, azad Zəngəzur  cənnət məkana çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz
bayramı ərəfəsində Tərtər rayonunun  Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda 
alovlandırmalarının öz rəmzi mənası vardır.  Möhtərəm Prezidentimizin Talış kəndindən  Novruz
bayramı münasibətilə Azərbaycan xalqına müraciətində  bəyan etdiyi kimi, biz bu gün doğma Qarabağ,
doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Xarici ölkələrdə yaşayan 
azərbaycanlılar da daxil olmaqla hər birimiz son iki il yarımda sonsuz qürur hissi keçiririk. Bu
müddətdə hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə
bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik.
Necə ki, Vətən müharibəsinin davam etdiyi  44 gün ərzində irəliyə getmişdiksə, savaş başa
çatandan sonra da  bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


15:32 24.03.2023