

Ölkəmizdə yazın gəlişini simvolizə edən Novruz xüsusi təntənə ilə qeyd edilir. Tarixi qədim
dövrlərə bağlı olan bu bayram son üç ildə isə daha yüksək şəkildə keçirilir. Torpaqlarımızın azad
olunmasından sonra hər il ölkə rəhbəri cənab İlham Əliyev xalqa dədə-baba yurdumuzdan müraciət
edir.
Ulu Öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il
Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.
Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu
inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” istəyini reallaşdıran prezident İlham Əliyev ata
vəsiyyətini yerinə yetirdi.
Dövlətimiz müstəqillik əldə etdikdən sonra öz milli mənəvi dəyərlərinə sahib çıxmaq və onu
qorumaq üçün mühüm addımlar atmışdır. Bu yöndə Birinci Vitse-prezident Mehriban xanım
Əliyevanın əməyi danılmazdır. Məhz onun böyük səyi nəticəsində Novruz bayramı UNESCO
tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə
bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol
oynamışdır. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə
bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.
Son üç ildə Novruzu Zəfər ruhunda qeyd edirik. Bu il də ölkə başçısı və ailə üzvləri ilə birgə bu
gözəl bayramı Tərtər rayonunun Talış kəndində qeyd etməsi çox böyük əhəmiyyət daşıyır. Məhz
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini
düşməndən azad edib. Talış kəndinin işğaldan azad edilməsi, bu istiqamətdə əldə edilmiş uğurlar
müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və
xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi.
Müharibənin ilk günlərində qazanılan uğurlar isə sönrakı günlərdə davam etdirildi.
Son 2 ildə Talış kəndində görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də
bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb. Kənddə
inzibati bana, 78 yerlik yeni mərtəb və uşaq bağçası tikilib, kəndə qayıdacaq 180-nə yaxın ailə üçün
fərdi yaşayış evləri tikilir və məşğulluq üçün şərait yaradılıb. Artıq Talış kəndinə 20 ailə qayıdaraq
burada Novruz bayramını qeyd ediblər.
Burada görülən işlər işğaldan azad edilən digər ərazilərdə davam etdirilir. İşlərin həcmi ilbəil daha
da artırılır. Quruculuq işlərinə dost xarici ölkələrin də şirkətləri qatılıb. “Böyük Qayıdış”a başlanılıb və
ümid edirik ki, bu işlər dövlət başçısı cənab İlham Əliyevin səyləri ilə sürətli templərlə irəliləyəcəkdir.
Pəhlivan Qarayev,
Sabirabad rayon Təhsil sektorunun müdiri