

Mart ayının 18-də, xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu
Əliyeva Tərtər rayonunun Talış kəndinə gələrək işğaldan azad edilən dövr ərzində burada görülən
işlərlə tanış olublar.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu
strateji ərazini düşməndən azad edib. Talış kəndində yüksək nöqtələrdən birində bu ərazinin işğaldan
azad olunduğu gün Müzəffər Ali Baş Komandan tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu
Xatirə daşı yerləşdirilib.
Talış kəndinin işğaldan azad edilməsi, bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək
gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da
yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi. Müharibənin ilk günlərində
qazanılan uğurlar isə sönrakı günlərdə davam etdirildi. Qırx dörd günlük Vətən müharibəsində tarixi
Zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də uğurlu addımlar atır, mühüm layihələr həyata
keçirir. Təbii ki, bu layihələrin mərkəzində də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin
həyata keçirilməsi dayanır.
Qeyd edilib ki, keçən vaxt ərzində görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə
obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb.
Kənddə inzibati bana, 78 yerlik yeni mərtəb və uşaq bağçası tikilib, kəndə qayıdacaq 180-nə yaxın ailə
üçün fərdi yaşayış evləri tikilir və məşğulluq üçün şərait yaradılıb. Artıq talış kəndinə 20 ailə qayıdaraq
burada Novruz bayramıçı qeyd ediblər.
Müharibədəki qalibiyyətimizdə olduğu kimi, bu işlərin mərkəzində də Prezident-xalq birliyi
dayanır. Məhz bu birlik, məhz xalqımızın Prezidentə verdiyi dəstək sayəsində necə ki, müharibədə
qalib gəldik, eləcə də postmüharibə dövründə uğurlu addımlar atırıq. Elə Prezident də Talışda olarkən
bir daha xalq dəstəyini gündəlik fəaliyyətində hiss etdiyini vurğuladı.
Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdəki ilk Novruz tonqalını
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə alovlandırıb. 2022-ci ildə
Novruz tonqalı Suqovuşanda, bu dəfə isə Talışda qalandı. Bu yerlər heç də təsadüfən seçilməyib.
Çünki, strateji təyinatlı Suqovuşan və Talış istiqamətindəki Tərtər döyüşləri, o cümlədən hərbi
dərsliklərdə öyrənilən Şuşa döyüşləri Vətən müharibəsinin taleyini həll edib.
İşğaldan azad edilən torpaqlarda yandırılan bu tonqallar həm də quruculuq, tikinti işlərinin bir
simvoluna çevrilib. O mənada ki, Vətən müharibəsindən ötən 2 il yarımlıq qısa dövr ərzində Qarabağ
və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Böyük Qayıdış başlayıb,
Zəngilanın Ağalı sakinləri artıq doğma yurd yerlərinə köçüb, indi Talış sakinlərinin qayıdışı başlayıb,
yaxın aylarda Laçın sakinləri də bu sevinci yaşayacaq. Beləliklə, Qarabağa və Şərqi Zəngəzura həyat
qayıdır. Bu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycandır. Qısası,
hər yandırılan tonqal işğaldan azad edilmiş ərazilərdəki yeni quruculuğun, tikinti işlərinin və abadlığın
müjdəçisidir.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru