isaznow.com
Az Iw En Ru

Müzəffər liderimiz Talış kəndində də mesaj verdi

2020-ci il 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusu bizə böyük Qələbə bəxş etdi və artıq 3 ildir milli bayramımız olan Novruzu tarixi
torpaqlarımızda qeyd edirik. Azad olunmuş ərazilərimizdə zəfər tonqalları yandırırıq. Bu, hər birimizi
qürurlandırır. Böyük qələbədən sonra ilk Novruz tonqalı Qarabağın tacı olan Şuşada, Cıdır düzündə
qalandı. Ulu öndər Heydər Əliyev hər zaman deyirdi: “O gün olacaq ki, Novruz bayramını bir dəfə
Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda
keçirəcəyik.” İndi həmin günlər gəlib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ulu
öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.
Bu il Novruz tonqalı müzəffər liderimiz tərəfindən Tərtər rayonunun Talış kəndində yandırıldı.
44 günlük Vətən müharibəsində bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün
çox böyük önəm daşıyırdı. Çünki Talış kəndinin olduqca vacib strateji əhəmiyyəti vardı. Düşmən
tapdağından azad olunan Talış kəndində də Azərbaycan bayrağı dalğalanılır.
Böyük Qələbəmizdən sonra bütün bölgələrimizdə olduğu kimi, Talış kəndində də Prezident
İlham Əliyevin tapşırıqları əsasında tikinti-bərpa işləri aparılr, yeni evlər inşa olunub, zəruri
infrastruktur yaradılır. Dövlət başçımızın bayram münasibətilə təbrik müraciətində də qeyd etdiyi kimi,
Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq kəndə 20 ailə qayıdıb,
180-ə yaxın ailə isə qayıdacaq. Bu, bərpa-quruculuq işlərinin sürətlə və plan üzrə davam etdiyini
təsdiqləyir. Azərbaycan öz maliyyə imkanları hesabına öz tarixi torpaqlarını bərpa edir. Biz heç kimdən
asılı deyilik və müstəqil şəkildə öz sərhədlərimizdə möhkəmlənirik. Talış kəndində yandırılan Novruz
tonqalı, kənd sakinlərinin doğma yurdunda milli bayramımızı qeyd etməsi dünya azərbaycanlılarını
qürurlandırır.
Prezident İlham Əliyevin təbrik müraciətində olduqca vacib məqamlar vardı. 30 il ərzində
işğala göz yumanlar bu gün regionda yaranan yeni reallıqları həzm edə bilmirlər. Cənab Prezident
ölkəmizə qarşı ədalətsiz addımlara da toxunaraq erməni havadarlarının bizə qarşı informasiya
müharibəsi elan etməsinə diqqət çəkdi. Yəni, çirkin niyyətdə olanların yanaşması bu gün yenə
dəyişməyib. Dövlət başçımızın da söylədiyi kimi, “bəzi ermənipərəst ölkələr dünya xəritəsində
olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini”
tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı
əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi”.
Bu gün regionda diktə edən tərəf qalib Azərbaycandır və biz Ermənistana dayanılqlı sülh təklif
edirik. Bu, ən böyük güzəştdir. Ermənistan yeni reallıqları qəbul etməlidir. Əgər Ermənistan bizim
ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə
olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Müzəffər
liderimiz Talış kəndində də mesaj verdi – əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar
həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz,
müzəffər Ordumuz cavab verəcək. Ermənistan və onun havadarları bu xəbərdarlıqlardan nəticə
çıxarmalıdır.
Aydın Bağırov,
Sabirabad rayonu Cavad kənd 2 saylı tam orta məktəbinin direktoru


23:29 23.03.2023