isaznow.com
Az Iw En Ru

Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının təqdimatı

Azərbaycan Türkiyə əlaqələri bu gün bütün sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyevlə
Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafında
mühüm rol oynayır.
Türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri
bizim kədərimizdir” və Ümümmilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirləri iki qardaş dövlətin
əlaqələrinin təməlində dayanır. Müasir dövrdə etibarlı müttəfiq olan Türkiyə ilə münasibətlərin
möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir.
16 mart 2023-cü il tarixində Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə
keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə Görüşü mühüm və yadda qalan hadisə
sayıla bilər.
İclasın açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra
“Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün
keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi: “Zirvə görüşünün
keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və
millətim adından təşəkkürlərimi bildirirəm”-deyə diqqəətə çatdırmışdır.
Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün
səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ
bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci
olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin
780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət
göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank
hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra
da belə olacaq. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk
saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi.
Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə
zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.
Görüşdə ölkə başçısı xüsusilə vurğulamışdır ki, 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini
abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam
şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i
ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib.
İşğal illərində təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub. Birinci Qarabağ müharibəsi
nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq
qətlə yetirilib. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ
də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır.
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci
Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı
nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən
çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Eyni zamanda,
Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.
Bu gün ölkəmiz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qurur. Bu, milli
hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və
misligörünməmiş bir yenidənqurma modelidir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün
“Böyük Qayıdış” proqramının icrasına başlanılıb.
Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak
edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur.
Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və
Cəbrayıla gedib.
Prezident İlham Əliyevin Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, Azərbaycanın Türkiyə ilə olan
əlaqələri yüksək səviyyədədir və eyni zamanda bu gün birgə əməkdaşlığı təkcə ikitərəfli münasibətlərə deyil, həm
də regional təhlükəsizliyə, sabitliyə töhfə verir.
Mirxədicə Mirişova,
Sabirabad rayonu Muğan Gəncəli kənd uşaq bağçasının müdiri


05:03 23.03.2023