isaznow.com
Az Iw En Ru

Azərbaycan – Almaniya əlaqələri inkişaf edir

Azərbaycan Respublikasının artan beynəlxalq nüfuzu onun dünyanın aparıcı dövlətləri ilə
ikitərəfli münasibətlərini daha da genişləndirir. Bu münasibətlər təkcə siyasi müstəvi ilə məhdudlaşmır,
iqtisadi, mədəni və s. sahələri də əhatələyir.
Azərbaycanla Almaniya arasında münasibətlər də bu baxımdan nəzərəçarpacaq dərəcədə
möhkəmlənib. Bu, qarşılıqlı etimada, qarşılıqlı ehtirama əsaslanan dünyəvi münasibətdir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri də bunun təzahürüdür.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 13-də
Berlində Almaniyanın aparııcı şirkətlərinin rəhbərləri ilə görüşmüşdü. Bu görüş həm müəyyən
informasiyavermə xarakretində olub, həm də müəyyən məsələlərə aydınlıq gətirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görüşdə Azərbaycanın beynəlxalq
maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrə
olduğunu xatırlatdı, yeni kreditlərin götürülməsinin planlaşdırıldığını nəzərə çatdırdı. Bunlar iqtisadi
əməkdaşlığın perspektivləri haqqında qarşılıqlı əlaqələrin istər yaranması, istərsə də mövcud əlaqələrin
inkişafı üçün zəmanət xarakterində dinlənildi. Son iyirmi ilin, əsasən, enerji sektoru sayəsində sürətli
iqtisadi artım illəri olduğunu vurğulayan cənab İlham Əliyev indi  hədəf iqtisadiyyatımızın daha çox
şaxələndirilməsi üzərində işləniləcəyini də diqqətə çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti iqtisadi əlaqələrin möhkəmlənmə mərhələsində
olduğunu xatırladaraq qeyd etdi ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə
başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələr başlanıb. Lakin infrastruktur layihələri,
yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz
şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə
ehtiyacımız yoxdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə dedi: “Azərbaycan Avropa
üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa
Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda
etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də
real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə
təchiz edirik”.
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Bu Zəfər yeni siyasi
münasibətlər yaratdı, yaranmış münasibətlər formalaşdırılmaqdadır. Üçtərəfli Bəyanatda qeyd
edilənlərin hələ öz həllini tapmaması da gerçəklikdir. Şərqi Zəngəzur hələ ki, həll edilməmiş
problemdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə görüşündə bu haqda da fikir səslıəndirdi. Bu fikir dünyəvi proseslərin
bəşəriliyə xidmət etməli olduğunu da xatıqlatmadır: “Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı
da yaşıl enerji zonasına çevirmək planları mövcuddur. Naxçıvanda su elektrik stansiyasının tikintisi
üçün böyük potensial mövcuddur. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox
münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var.
Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə maraq doğuran bir
məsələni də diqqətə çatdırdı: “Mərkəzi Asiya ölkələri ilə iş birliyi artır. Hazırda Azərbaycan məhdud
imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya
yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon
tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq
və biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət
Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək
genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik”.
Almaniyada bu görüş həm azərbaycanın dünyanın aparıcı dövlətləri iə münasibətlərinin daha da
möhkəmləndirilməsində, həm siyasi, həm də iqtisadi əlaqələrin genişlənməsində mühüm əhəmiyyət
kəsb edəcəkdir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


15:03 19.03.2023