

Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq
mövcuddur. Prezident İlham Əliyev 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi, daha 11 dəfə isə
işgüzar səfər edib. Sonuncu səfər bu il fevralın 16-19-da baş tutub və dövlətimizin başçısı Münxen
Təhlükəsizlik Konfransında iştirak edib. Ötən il fevralın 15-də Prezident İlham Əliyev Almaniya
Prezidenti Frank Valter Ştaynmayeri yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Eləcə də bu
il yanvarın 13-də iki ölkənin prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı prezidentlər
Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildirib, əməkdaşlığın
perspektivlərini müzakirə ediblər. Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri
iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank
Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə
görüşləri keçirilmiş, eləcə də Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və nümayəndələrinin iştirakı
ilə dəyirmi masa təşkil olunmuşdur.
Dövlətimizin başçısının Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının
hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün
sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək
inkişaf üçün böyük perspektivlər açacaq. Cənab Prezident mətbuata Bəyanatında bu baərdə demişdir:
“Dünən mənim 30-a yaxın almaniyalı iş adamı ilə görüşüm olmuşdur. İki saata yaxın davam edən bu
görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına, imkanlara Almaniya biznesi tərəfindən böyük
diqqətin şahidi oldum. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı
istiqamətində çox gözəl imkanlar var, bu barədə də bu gün biz fikir mübadiləsi apardıq. Azərbaycanın
çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata
bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə
təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir.” Qeyd edək ki, Azərbaycandakı alman
şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın “Berlin Wind”
şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni
Yaşma” Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb və 2018-ci il oktyabrın 11-də parkın
açılışı olub.
Almaniyalı iş adamları ilə görüşdə bu və digər məsələləri diqqətə çatdıran ölkə başçısı bu gün
Azərbaycanda həyata keçirilən meqalayihələrin icrası sahəsində əldə olunan nəticələrdən və xarici
sərmayədarlar üçün yaraılmış əlverişli mühitdən danışaraq bu sahədə Almaniya şirkətlərinin
fəaliyyətini təqdir etmişdir.
Regional təhlükəsizlik, işğaldan sonra aparılan bərpa işləri barədə geniş məlumat verən cənab
Prezident qeyd etmişdir ki, “Keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılması bizim üçün ən
böyük çağırışlardan biridir. Bizim hesablamalarımıza əsasən, Ermənistan işğal dövründə bir milyondan
çox mina basdırıb və 2020-ci ilin noyabrında müharibə bitəndən bəri demək olar ki, 300 azərbaycanlı
mina səbəbindən ya həlak olmuş və ya ciddi xəsarət almışdır. Biz hətta indi havadan minanı aşkar edə
bilən dronlardan istifadə edirik. Bir kvadratmetrin minalardan təmizlənməsi üçün Avropada olan
qiymət bizim milli minatəmizləmə agentliyinin işi aparmağa hazır olduğu qiymətdən bir neçə dəfə çox
idi. Əlavə olaraq bu yaxınlarda bir neçə Azərbaycan şirkəti də fəaliyyətə başladı. İndi onlar da mina
təmizləmə işləri ilə məşğuldurlar və onların qiyməti məqbuldur.”
Azərbaycanın bu günkü reallıqlar çərçivəsində logistika imkanlarına toxunan cənab Prezident
bildirmişdir ki, həyata keçirilən layihələr artıq reallaşmağa başlamışdır və dünyanın indiki vəziyyətində
Azərbaycanın geostrateji mövqeyi imkan verir ki, bu imkanlardan səmərəli istifadə olunsun. Rabitə, yol
infrastrukturu, ərzaq tıhlükəsizliyi, sudan istifadə barədə ölkə başçısının məlumatları və bu sahələr
üzrə layihələr haqqında məlumat da almaniyalı iş adamlarının marağına səbəb olmuşdur. Ölkəmizdə
əlverişli investisiya mühitinin yaradılması sahəsində ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata
keçirilən işlər Azərbaycan- Avropa İttifaqı əlaqələrinə də müsbət mənada təsir edir və ölkəmizin
Avropaya inteqrasiyası sahəsində mövcud əngəllərin aradan qaldırılmasına imkan yaradır.
Elçin Gözəlov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi