isaznow.com
Az Iw En Ru

Qlobal Bakı Forumuna beynəlxalq səviyyədə kifayət qədər böyük maraq var

Mart ayının 9-da Bakıda öz işinə başlayan və martın 11-nə kimi davan edən “Dünya bu gün:
Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu çox mühüm əhəmiyyətə malik olan
beynəlxalq tədbirdir. Forum Azərbaycan  Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bu
məqama xüsusi diqqət yönəltdi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və
intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün
İdarə Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür.
Forum iştirakçılarının siyahısına nəzər salsaq görərik ki, bu mötəbər tədbirdə 4 ölkənin
Prezidenti, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq Prezident, 21
sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək
nümayəndə iştirak edib. Bu da bir daha sübut edir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal
problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm
beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə
artmaqdadır.
Tədbirdə regionun təhlükəsizlik məsələləri o, cümlədən dəhlizlərdən logistika kimi istifadə
olunmasına dair müzakirələrin aparılması düşünülmüş fikirdir. Forumda yeni dünya nizamına təhdid
yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə,
parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq.
Bu mövzuların Forumun gündəliyinə salınması Azərbaycanın tək regionda deyil dünyada sülhün
davamlılığında maraqlı olduğunu göstərir. Panel iclaslarında aparılan müzakirələr Azərbaycanla
Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və Qarabağda tam sabitliyin həll olunmasına öz
müsbət təsirini göstərəcəkdir. Bundan başqa insan haqları ilə bağlı bir sıra məsələlərin həlli
istiqamətində tövsiyələr verilib.
Beynəlxalq tədbirdə həm də qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və
münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzuları
olmuşdur.
Prezident İlham Əliyev məqsədli olaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan
haqlarının qorunmasına yönəldib. Azərbaycan Prezidenti çıxışında bildirib ki, müxtəlif etnik qrupların
və konfessiyaların nümayəndələri Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşayırlar. Dövlətimizin
başçısı, həmçinin əlavə edib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal
dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaqdır.
Qeyd edilməlidir ki, builki Qlobal Bakı Forumuna beynəlxalq səviyyədə kifayət qədər böyük
maraq var. Burada çoxsaylı məsələlərin müzakirəsi, eyni zamanda, dünya düzəni ilə bağlı fikirlərin irəli
sürülməsi bir daha ondan xəbər verir ki, Bakıda yeni çağırışlara uyğun olaraq təkliflərin təqdim
olunmasını müşahidə edirik. Bu, təbii ki, bütövlükdə Azərbaycanın geosiyasi mövqeyini gücləndirən
faktorlardan biridir. Belə qlobal platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı,
geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir. Bu baxımdan X
Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın
möhkəmləndirilməsi üçün xüsusi bir platformadır.
X Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib və bu
iclaslarda müxtəlif istiqamətlər üzrə çoxsaylı problemlər müzakirə edilib.
Zülfəli Musayev,
Sabirabad RİH başçısının Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


15:06 13.03.2023