isaznow.com
Az Iw En Ru

X Qlobal Bakı Forumunda Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olduğunu bir daha göstərdi

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda  X Qlobal Bakı Forumu iştirakçıların
təmsilçiliyi və say tərkibi  ilə müzakirəyə çıxarılan məsələlərin nə qədər önəmli  və bugünümüz üçün
aktual olduğunu nümayiş etdirir. Bu fikir dövlət başçısı İlham Əliyevin Forumun açılış mərasimindəki
çıxışında da xüsusi qeyd edildi ki,  Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və
intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu, həmsədrlərin, bütün İdarə
Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür.
Forumda, həmçinin tədbir çərçivəsində keçirilən görüşlərdə  səsləndirilən çağırışlar, ünvanlanan
mesajlar bu gün nəinki ölkə, bütövlükdə dünya mətbuatında geniş şərh olunmaqdadır. Yeni dünya
düzəninin formalaşdığı, postpandemiya dövrünün reallıqlarının  müzakirə edildiyi bir zamanda bu
mövzuda  keçirilən Qlobal Bakı Forumunda  hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsinə, yeni
yanaşmaların ortaya qoyulmasına çağırışlar edildi. Bir daha qeyd edildi ki, qarşıda ümumi çağırışlar var.
Pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı,
ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Hazırda dünyada nə qədər insan aclıqdan əziyyət
çəkir. Bu cür çağırışların həlli yolları tapılmalıdır. Yeni ümidlər yaradılmalı və gələcəyə – sabaha
baxmalıyıq. Səhv və doğru addımların nədən ibarət olduğunu bilməliyik. 61 ölkədən 360-dək
nümayəndə belə bir ümidlə yola çıxaraq müzakirələr aparmaq üçün  X Qlobal Bakı Forumuna toplaşdı.
İştirakçıların təmsilçilik səviyyəsinə diqqət yetirsək görərik ki,  Forumda 4 prezident, 2 baş nazir, 6
spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin
xarici işlər nazirlərinin müavinləri iştirak edirlər. Bu, bir tərəfdən Forumun əhəmiyyətinin, digər
tərəfdən isə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
Bu, ondan irəli gəlir ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır,
dünyanı narahat edən problemlərə böyük həssaslıqla yanaşır, çıxış yollarını göstərir.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru


15:01 12.03.2023