

Prezident İlham Əlievin Azərbaycanda bütün sahələrdə həyata keçirdiyi islahatların davamı
olaraq qanunvericilik orqanı olan Milli Məclisin işində də yenilənmə zərurəti yaranmışdı. Bununla
əlaqədar ölkə başçısınin təşəbbüsü ilə 2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikası Milli
Məclisinə növbədənkənar seçkilər keçirildi. 3 il əvvəl keçirilən seçkilərin əsas məqsədi ölkədə aparılan
islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Nəticələri Azərbaycan
xalqının iradəsini əks etdirən bu seçkilərdə 1300-dən çox namizədin iştirak etmiş, Avropa İttifaqı kimi
nüfuzlu qurum bu seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verərək yeni seçilmiş
deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu elan edib. Avropa İttifaqının seçkilərə
verdiyi bu qiymət seçkilərin tanınması demək idi.
2020-ci il martın 10-da Bakı şəhərində, Milli Məclisdə altıncı çağırış Azərbaycan Respublikası
Milli Məclisinin ilk iclası keçirildi və bu iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
geniş çıxış edib. Ölkəmizin gələcək inkişafının bütün istiqamətlərinə, aparılan islahatların gedişatına
toxunan ölkə başçısı müxalifət partiyalarının nümayəndələrinin Milli Məclisin yeni tərkibinin
rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunmasını Azərbaycanda siyasi sistemi
möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində gücləndirilməsi üçün böyük əhəmiyyətə
malik olduğunu bildirib.
Aydındır ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.
Bununla əlaqədar Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə
görüşlər keçirir və genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılması vacibliyini
göstərirlər.
Cənab İlham Əliyevin ölkədə apardığı islahatlar həm konseptual xarakter, həm də struktur
xarakteri daşıdığından bu gün kadr islahatları aparılır, yeni, müasir və mütərəqqqi düşüncəli, işgüzar
kadrlar rəhbər vəzivələrə irəli çəkilir, onların qarşısında konkret vəzifələr qoyulur. Bu islahatlar həm
mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılır.
Azərbaycanda islahatların dərinləşməsi prosesi mütləq qaydada parlamentdən yan keçə bilməzdi.
Bununla əlaqədar yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Bu gün
Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi
addımlar atılır. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Yeni
qəbul ediləcək qanunlar iqtisadi islahatların dərinləşməsi işinə töhfə verməli, Milli dəyərlərimizlə və
onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
Yeni çağırış Milli Məclis deputatları qarşısına Prezident İlham Əliyev tərəfindən qoyulan
vəzifələrdən biri də beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmasıdır. Ölkəmizə qarşı əsassız
yanaşma, qərəzli mövqe tutan beynəlxalq qurum və təşkilatlarla işlər gücləndirilməli, ölkəmizin
mövqeyi düzgün təbliğ edilməlidir.
Hazırda Azərbaycan müasir, dünyəvi dövlət kimi günügündən güclənir və dünyəvilik prinsipləri
daha geniş bərqərar olur. Ölkədə radikalizmə qarşı mübarizə daha geniş aparılır və Parlamentin rolu
burada çox vacibdir.
Vüqar Hüseynov,
Sabirabad rayon Su Kanal sahəsinin müdiri