isaznow.com
Az Iw En Ru

Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir

2020-ci il martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev altıncı çağırış Milli
Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara,
onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir. 1300-dən çox namizədin
mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin
xalqımızın iradəsini tam ifadə etdiyini söylədi.
Prezident İlham Əliyev onu da vurğulamışdır ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər.
Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşıb. Seçkilərdə Yeni Azərbaycan
Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, siyasi sistemin
möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların
nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunublar.
Prezident İlham Əliyev Avropa İttifaqının seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv
bəyanat verdiyini də xatırlatmışdışdır. Çıxışında qeyd etmişdir ki,  Avropa İttifaqının yeni seçilmiş
deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olması, əslində, seçkilərin tanınması deməkdir.
Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların
təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxundu.
Dövlətimizin başçısı vurğuladı ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli
dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri
ilə maraqlanmalıdırlar. Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan
həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışdı, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda bizim fəal olmağın, hücum diplomatiyası
aparmağın vacibliyini vurğulayaraq haqq-ədalətin bizim tərəfimizdə olduğunu bir daha xatırlatmışdır.
Dövlətimizin başçısı Xocalı soyqırımını artıq 10-dan çox ölkənin parlamentinin rəsmən
tanıdığını qeyd edərək deyib: “Bu proses davam etdirilməlidir və deputatlar bu prosesdə fəal
olmalıdırlar. Çünki bu qərarların qəbul edilməsində dövlət qurumları böyük dərəcədə əsas rol oynayırlar.
Ona görə parlament fəal olmalıdır. Bu, artıq beynəlxalq münasibətlər çərçivəsində qəbul edilmiş faktdır.
Ermənistan tərəfinin çox yersiz, yalançı, cılız cəhdləri Münxen Təhlükəsizlik Konfransında özünü
göstərdi və bir daha onları ifşa etdi. Çünki onların bütün tarixi saxtakarlıqdır. Onlar tarixi Azərbaycan
torpağında dövlət qurublar, əfsuslar olsun ki, bizim Azərbaycan Xalq Cümhuriyyətinin köməyi ilə. İndi
bütün tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər. Ona görə
deputatlar daim bu məsələni qaldırmalıdırlar”.
Prezident İlham Əliyev qeyd etdiyi kimi,  seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ
olmadığını bir daha sübut etdi. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son
16 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur. Sonda Prezident İlham
Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğulamışdır.
Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi və uğrunda mübarizə apardığı dayanıqlı iqtisadi
müstəqillik siyasəti üzərində qurulmuş davamlı siyasi müstəqillik prinsipi ölkəmizə həmişə güc-qüdrət
vermiş, yaşadığımız qlobal böhranlardan Azərbaycan Respublikasının dünyanın əksər ölkələri ilə
müqayisədə minimum itkilərlə çıxmasına şərait yaratmışdır. Pandemiya dövrünün xüsusi çətinliklər
yaratdığı və yeni öhdəliklər meydana çıxardığı indiki məsuliyyətli mərhələdə Azərbaycan
Respublikasının dünyanın heç bir beynəlxalq maliyyə qurumunun yardımına, dəstəyinə ehtiyac
duymadan bütün problemlərin daxili imkanlar hesabına həll edilməsinə nail olması Prezident İlham
Əliyevin böyük qələbəsidir.
Şəmsi Hüseynov,
Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri


15:09 09.03.2023