

Azərbayanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar reallığı
özünü bütün məqamlarda və proseslərdə ehtiva etməkdədir. Bu xüsusda, daxaili siyasətdə də aparılan
islahatlar öz uğurlu nəticələri ilə sübut olunmaqdadır. Belə ki, islahatların daha bir amili Milli Məclisə
keçirilən növbədənkənar seçkilərlə, eləcə də parlamentimizin fəaliyyətindəki yeniliklərlə göstərilə bilər.
Prezident İlham Əliyevin 10 mart 2020-ci ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin
ilk iclasındakı çıxışında da reallaşdırılan islahatlarla bağlı bir sıra əhəmiyyətli faktorlar önə çəkilmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, davamlı islahatlar siyasətinin parlamentdə də sövq
edilməsi Milli Məclisin işinin yaxın perpektivdəki işinin daha geniş sferanı əhatə etməsinə söykənir. İlk
növədə isə, ölkəmizdə mövcud olan demokratik mühit islahatlara stimul verməkdədir. Əbəs deyil ki,
seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət bir sıra aparıcı qurumlar, təşkilatlar
tərəfindən verilmişdir. Misal üçün, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv
qiymətləndirmə aparıb və bəyan edilib ki, Aİ yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə
işləməyə hazırdır. Söz yox ki, verilmiş bu qiymət, bilavasitə demokratik seçkilərin tanınması
gerçəkliyini isbatlayır.
Dövlətin, ölkə rəhbərliyinin bu kimi dairələrə göstərdiyi etimadlarının doğrulmaması isə qəti və
sərt tədbirlərin görülməsi tələbini zəruri edir. Çünki Prezident İlham Əliyev cənablarının da vurğuladığı
kimi, hər bir məmur xalqın xidmətçisi olmalıdır və Onun özü xalqın bir nömrəli xidmətçisi olduğunu
dəfələrlə öz çıxışlarında vurğulayıb. Bu kəlamdan nəticə çıxarmayan, yaxud nəticə çıxarmaq istəməyən
naxələf məmurlar sonunda məhz xalqın, dövlət qanunlarının qarşısında cavab verməlidirlər və verirlər
də. Biz ümid edirik ki, dövətimizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına maneçilik
törədən naxələf məmurlar üzərində bundan sonra da təmizləmə işləri aparılacaqdır
Azərbaycan sosial dövlətdir və son illərdə atılan bütün mütərəqqi addımlar bunu kifayət qədər
isbatlayır. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük
iqtisadi mənbə tələb edir. Habelə, ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı
olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə
iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Daha bir mühüm reallıq ölkəmizdə aparılan gənclər siyasəti ilə bağlıdır. Nəzərə alsaq ki,
Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir, bu zaman əminlikə deyə bilərik ki, Azərbaycanda
demoqrafik mənzərə çox müsbətdir. Təbii ki, gənclər bizim gələcəyimizdir və gəncliyin inkişafı
gələcəyimizin inkşafı deməkdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə
cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilmələri istiqamətində qanunvericilikdə ardıcıl
addımların atılması mütləqdir. Ən əsası isə, qarşıya qoyulan məqsədlərimizdən biri də gənclərimizin
milli ruhda tərbiyə almalarına xüsusi diqqətin ayrılması, onların xarici təsir altına düşməmələri üzərində
çevik tədbirlərin görülməsi olmalıdır.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri