isaznow.com
Az Iw En Ru

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə verilən mühüm mesajlar

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının “Covid-19”a qarşı mübarizə üzrə Təmas Qrupunun
Zirvə görüşü keçirilib. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o
cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin
– Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın baş nazirləri, müxtəlif ölkələrin
yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri – Dünya Turizm
Təşkilatının Baş katibi ZurabPololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru
Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru TatyanaValovaya, İqtisadi
Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi XusravNoziri və digərləri, eyni zamanda, nazirlər, nazir
müavinləri, səfirlər qatılıb. Dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına 2019-cu ildən
başlayaraq Azərbaycan sədrlik edir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki,
pandemiyanın başlamasından dərhal sonra Qoşulmama Hərəkatı COVID-19-a qarşı qlobal səyləri
səfərbər etmək təşəbbüsü ilə çıxış edib. Azərbaycanın təklifi ilə 2020-ci ilin dekabrında BMT Baş
Assambleyasının liderlər səviyyəsində pandemiya ilə bağlı xüsusi sessiyası çağırılıb.
Dövlət başçısı bildirib ki, “Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri
olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı
vasitəsilə maliyyə və humanitar yardım göstərib” . Prezident qeyd edib ki, COVID-19 pandemiyası
dövründə olduğu kimi Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və
humanitar yardım göstərməyə davam edəcək: “Mən burada iki qlobal çağırışı bəyan edirəm. Bunlar
Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir.
Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ
dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq
ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq post-pandemiya
bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər”, o bəyan edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasının
Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 30 il kağız üzərində qalan 4 qətnaməsini yalnız özünün yerinə
yetirdiyini bildirib. O, azad edilmiş ərazilərin bərpasından danışarkən deyib ki, Azərbaycan hökuməti
2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib: “Bu il bu
məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması planlaşdırılır. “Ağıllı şəhər”,
“ağıllı kənd” konsepsiyaları milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və
daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir”.
Şamil Heydərov,
Sabirabad rayon Mətbuatyayımın müdiri


16:06 04.03.2023