isaznow.com
Az Iw En Ru

Azərbaycanın qlobal həmrəyliyə verdiyi önəmin təzahürü

Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir. Martın 2-də Bakıda
öz işinə başlayan, 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, 5 ölkənin prezidentlərinin, üç
ölkənin vitse-prezidentlərinin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, beynəlxalq
təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlərin, nazir müavinlərinin, səfirlərin qatıldıqları
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bu gün
dünyada baş verən hadisələrin, mövcud çətinliklərin təhlili fonunda səylərin birləşdirilməsi çağırışının
aktuallığını nümayiş etdirir. Bu tədbir Azərbaycanın qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.
Ölkəmiz daim dünyaya sülh, əməkdaşlıq, birlik, həmrəylik çağırışlarını edir, bunu nəinki sözdə,
əməldə təsdiqləyir. Azərbaycan-Qoşulmama Hərəkatı, həmçinin təşkilata üzv dövlətlər arasında
münasibətlərin hazırkı inkişaf səviyyəsi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas
verir. Zirvə görüşündə çıxış edən dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, biz ədaləti və
beynəlxalq hüququ müdafiə edirik. Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və
bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama
Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin
təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan Hərəkata qoşulduğu 2011-ci ildən bugünədək
beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi çağırışların, təkliflərin hər biri Qoşulmama
Hərəkatının nüfuzunun artırılmasına xidmət edir. Bu məqamı qeyd etməliyik ki, Hərəkata üzv ölkələrin
dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə görüşündə növbəti sammitin Bakı
şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil
qərar qəbul olunmuşdu. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü, dünya
ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının dövlətimizin siyasətinə
verdiyi dəstəyin ifadəsi idi. Ötən il Hərəkata üzv dövlətlərin yekdil qərarı əsasında Azərbaycanın sədrlik
müddətinin bir il, 2023-cü ilin sonunadək uzadılması bir daha ölkəmizin artan nüfuzunun təqdimatı
oldu. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi
qərarları ilə daim Hərəkatın inkişafına, söz sahibliyinə böyük töhfələr verir. Hazırda Qoşulmama
Hərəkatı qlobal məsələlərin müzakirə edildiyi platforma kimi diqqətdədir.
Rüfər Şahəliyev,
Sabirabad rayon sakini, fəal gənc


03:04 04.03.2023