

5 mart 2021-ci il tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin
ictimai-siyasi həyatında tarixi hadisə oldu. 2 il əvvəl keçirilən VII Qurultay bir daha Cənubi Qafqazın ən
böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının milli çağırışlara və yeni reallıqlara daima
adaptiv mexanizminin olduğunu isbat edir. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan
islahatların davamıdır.
Bu gün Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirilir, bu islahatların nəticələri gündəlik
həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır.
Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına
gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları
yaratdı.
İslahatlar həm də YAP strukturlarında həyata keçirilir və onlar genişlənməkdədir. Qurultaydan
sonra Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi
müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri seçilib. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi,
Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri
hazırlanaraq təsdiq edilib. Ötən 2 il ərzində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında
YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilib və bununla da 76 yerli təşkilatın 48-də yeni
sədrlər təyin olunub. Sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir. Həmçinin, Alqış Həsənoğlu “Yeni
Azərbaycan” qəzetinin yeni baş redaktoru təyin edilib.
İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları
yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq
aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətində gənclərin də təmsil olunması partiya sədri, ölkə
Prezidenti İlham Əliyevin gənclərinə göstərdiyi böyük etimadın bariz nümunəsidir. Yeni Azərbaycan
Partiyası böyük bir siyasi məktəbdir. Bu siyasi məktəbdəki uğurun başlıca istiqamətlərindən biri məhz
ənənə və varislikdir. Belə ki, gənclər özlərindən öncəki nəsillərin səmərəli fəaliyyətini daha da inkişaf
etdirərək sonrakı nəsillərə ötürürlər. Bu isə öz növbəsində partiyamızın inkişafında böyük rol
oynamaqdadır.
YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında 5 fəsildən ibarət YAP-ın yeni
Proqramı təsdiq edildi. Proqramda ölkəmizin infişafı üçün mühaüm əhəmiyyət kəsb edən bir sıra
məqamlar öz əksini tapıb. Proqramda həmçinin Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və
prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub. Proqrama YAP-da partiyadaxili
münasibətləri səciyyələndirən əsas meyarlar müəyyən edilib. Bunlar peşəkarlıq, işgüzar münasibətlər,
şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik,
müasirlikdir. Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış
edir.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı,
1 dərəcə Əmək ordenli