isaznow.com
Az Iw En Ru

Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman yaşayır. Ancaq elə şəxsiyyətlər
də var ki, onların xidmətləri daha fenomenal xarakter daşıyır.   Bu mənada xalqımızın Ümummilli lideri
Heydər Əliyevin siyasi fəaliyyəti, sadəcə, bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir.
1991-ci il sentyabrın 3-də  Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə
sessiyada xalqımızın xilaskarı,  müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı,  Ümummilli
liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçildi və Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin
təməli qoyuldu.
Heydər Əliyev ilk növbədə üç tərəfdən düşmən hücumuna məruz qalan Naxçıvanın müdafiə
qabiliyyətinin gücləndirilməsi üçün tədbirlərə başladı, onun rəhbərliyi ilə Ali Məclis Naxçıvan Muxtar
Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Sonrakı dövrlərdə
qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların
hamısının muxtar respublikada saxlanması təmin olundu, muxtar respublikada Milli Ordu yaradıldı,
Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda
qoyuldu.
1993-cü ildə xalqın təkidli tələblərindən sonra ikinci dəfə ölkədə hakimiyyətə qayıdan Heydər
Əliyev Azərbaycanın inkişafı üçün böyük əmək sərf etdi. Biz şahid olduq ki, həmin dövrdə Azərbaycan
vətəndaş müharibəsindən, ərazisi parçalanmaqdan, qanunsuz silahlı dəstələrdən yalnız Heydər Əliyevin
qətiyyəti və inamı hesabına xilas oldu. Ulu Öndərin qayıdışından sonra Azərbaycan dövlətinin
dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Dahi şəxsiyyətin
səyləri ilə qısa müddət ərzində ölkədə stabillik yaradıldı, cəbhə xəttində atəşkəsə nail olundu, iqtisadi
islahatlara başlanıldı, bərpa-quruculuq işlərinə start verildi. Iqtisadi inkişafa təkan verəcək beynəlxalq
miqyaslı layihələr imzalandı və onların icrasına başlanıldı.
Ulu Öndər Heydər Əliyev müxtəlif tədbir və görüşlərdəki çıxışlarında qeyd edib: “Azərbaycan
dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi
biz daim qoruyub saxlayacaqdır.”  Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, onun ərazisinin
qorunması, işğal altında olan ərazilərimizin tezliklə azad edilməsi onun fəaliyyətiin əsas istiqaməti olub.
Ulu Öndər deyirdi: “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini
qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.”  Bu ali məqsədini həyata keçirilmək üçün  var
gücünü əsirgəmirdi.
1995-ci il may ayının 27-də Respublika sarayında Respublika Günü (Müstəqillik Günü)
münasibətilə keçirilən təntənəli yığıncaqda geniş nitqlə çıxış edən Ümummilli lider Heydər Əliyev
bəyan etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir.” Ömrünün sonuna kimi o,
busözlərinə sadiq qalaraq ölkəmizin inkişafı və hərtərəfli tərəqqisi üçün çalışdı. Buununla da
Azərbaycan tarixində əbədi iz qoydu.
Bu gün Ulu Öndər Heydər Əliyev ideyaları Prezident cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.  Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad
edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük
savaşdan sonra qazandığımız tarixi Qələbə həm də dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük
arzusunun həyata keçdiyinin təsdiqi idi.
Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarıdır. xalqın yüksək etimadı ilə
Azərbaycan Resbublikası Prezidenti seçilən Ülu Öndər Heydər Əliyev həyata keçidiyi daxili və xarici
siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyini daimi, dönməz və əbədi etdi.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


16:47 02.03.2023