

Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil
olmamalı, kimisə vassalı, yaxud müstəmləkəsi olmamalıdır. Azərbaycan bir dövlət kimi öz taleyinin
sahibi, öz torpaqlarının sahibi, öz huquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.
Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə
ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli, böyük inamla hərəkət etməlidir.
Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nəaliyyətdir və bu nəaliyyəti-
dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacayıq. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir,
əbədidir. Biz Azərbaycan dövlətini elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə, heç bir dövlət gəlib
bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bizim yolumuz
Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən
möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir. Hər birimizin müqəddəs borcu
müstəqil dövlətimizin qədrini bilmək. Onu qorumaq, inkişaf etdirmək dünyanin inkişaf etmiş ölkələri ilə
səviyyəsini qaldırmaqdan ibarətdir. Dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin
yollardan keçmişdir. Azərbaycanın suvenirliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs
məqsəddir, ən müqəddəs vəzifədir. Müstəqillik naminə biz hər şeyə dözməliyik. Bizim ökləmiz müstəqil
ölkədir, müstəqil dövlətdir. Biz artıq hansısa bir ölkənin tərkibində deyilik, ona görə də ölkəmizin
həyatının hər bir sahəsi dünya ilə bağlıdır, başqa ölkələrlə bağlıdır və dünya iqtisadiyyatı ilə dünyada
gedən prosesseslerle bağlıdır. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır.
Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir.
Amma müstəqil yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundanda
çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Xoşbəxtdik ki, nəhayət XX əsrin sonunda Azərbaycan
öz milli azadlığını, dövlət müstəqilliyini əldə edib, öz təbii sərvətlərindən nə cür, hansı yolla istifadə
olunmasını özü müəyyən edir. Hər bir xalq, millət üçün milli azadlıqdan qiymətli heç bir şey yoxdur.
Azərbaycanın müstəqil olaraq dövlət rəmzləri var. Himni dünyanın hər yerində səslənir, milli gerbi
Azərbaycanın dövlətçiliyini hər yerdə nümayiş etdiri, dövlət bayrağı Azərbaycanın üzərində uğurla
dalğalanır və dalğalanacaqdır.
Oqtay Babayev,
Sabirabad RİH başçısının Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi