isaznow.com
Az Iw En Ru

Azərbaycan xalqının Ümummilli lideri - Ulu Öndər Heydər Əliyev

İlk iki ayını yaşadığımız 2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə “Heydər
Əliyev İli” kimi daxil olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29
sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” kimi elan etməsi
respublikamızda azərbaycançılıq ideyalarının, vətənpərvərlik tərbiyəsinin daha da
möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcək.
“Heydər Əliyev İli”ndə Ümummilli Liderin fəaliyyətinin siyasi-fəlsəfi miqyası və
missiyasının mahiyyəti dərindən və hərtərəfli surətdə tədqiq edilərək araşdırılmalıdır.
Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən
nadir şəxsiyyətlərdən biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli
simalarındandır. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu
əvəzolunmaz şəxsiyyət liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi.
Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi. Gələcəyi dəqiq müəyyənləşdirən, tarixin
nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, siyasi iradə, güclü dövlətçilik
duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə
arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti
cəsarətlə idarə edən möhtəşəm bir lider idi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev
atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük
əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib
inkişaf etdirir. Azərbaycanın dünyadakı nüfuzlu, siyasi və iqtisadi yüksəlişi sübut edir ki,
İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inamla
qoruyub saxlayır.
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri


19:43 01.03.2023