isaznow.com
Az Iw En Ru

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı – Heydər Əliyev

Azərbaycanın 40 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-
siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndər, müstəqil Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu ilin may ayında anadan olmasının 100
illiyini qeyd edəcəyimiz Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.
Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt
sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata
keçirilməsi üçün mühüm addımlar atmışdır.
Daim Azərbaycanın müstəqil dövlət kimi inkişafı və tərəqqisinə çalışan Ulu Öndər demişdir:
“Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və
inkişaf etdirməkdən ibarətdir.”  O, bu fikrini daim öz çıxışlarında təkrarlayıb, öz fəaliyyətində əsas
istiqamət kimi müəyyən edib.
1997-ci il iyulun 5-də  Respublikanın Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı
gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda Ulu Öndər Heydər Əliyev öz çıxışında
vurğulayıb: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir
qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli
azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü
sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər
şeydən üstün olmalıdır.”
Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi klassik və müasir mənada dövlətçiliyin təməl
prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu qüdrətli
şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək
bacarığını və qələbələrini şərtləndirən amillərdəndir.
Ümummilli Liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız
üçün örnək olmalıdır. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” – deyən Ulu Öndər millətimizin və
dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin
həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir. Cəmiyyətə xidmət nümunəsi olan bu
böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq
yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin
ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq.
Ulu Öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri
tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən nəsillərə
keçərək yaşayacaqdır. Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız
təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək,
zənginləşəcək, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır.
Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz
olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir.
Dahi rəhbər vaxtilə demişdir: «Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə
Azərbaycanda həmişə olacağam». O, doğrudan da həmişə bizimlə olacaq, çiçəklənən vətənimizin hər
güşəsində onun abidəsi ucalacaqdır. Onun ən böyük abidəsi  isə xalqın qəlbindədir.
Dürdanə Şükürova,
E.Nadirov adına 8 saylı Sabirabad şəhər tam orta məktəbinin texnologiya müəllimi


18:37 01.03.2023