

Dünyaya özünü məzlum xalq kimi təqdim edən ermənilərin Azərbaycan türklərinə qarşı bir
əsrdə bir neçə dəfə törətdikləri soyqırım cinayətləri ağlasığmaz vəhşiliklərlə müşayiət
olunmuşdur. Bu cinayətlər içərisində miqyasına və nəticələrinə görə ən dəhşətlilərindən biri
Xocalıda dinc və günahsiz insanların kütləvi qətli olmuşdur.
Azərbaycan dövlətinin dünyada Xocalı soyqırımının tanıdılması ilə bağlı irəli sürdüyü
konsepsiya özünü doğrultmaqdadır. Heydər Əliyev Fondunun Birinici vitse-prezidenti Leyla
Əliyevanın dünyada apardığı “Xocalıya ədalət” strategiyası da uğurla davam olunmalı və bütün
dünya bu insanlıq suçunun günahkarlarını lənətləməlidir. Xocalı soyqırımının baş verməsindən
ötən otuz bir il vaxt ərzində, biz, artıq üçüncü ildir ki, bu faciəni qalib xalq kimi anırıq.
Xocalının qisası artıq alınıb! Bu, Azərbaycan xalqının, onun Ali Baş Komandanı İlham Əliyevin
uğurudur. Cənab Prezidentin təbirincə desək, biz bu qələbəni şəhidlərimizə borcluyuq! Lakin
unutmayaq ki, Ermənistanda soyqırım düşüncəsi ilə böyüdülən bir erməni gəncliyi var və onlar
bizim gələcək nəsillərimiz üçün təhlükədir. "Biz ordumuzu bundan sonra da gücləndirəcəyik.
Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir
silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda,
ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da
çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib
çıxaracaqdır", - Prezident İlham Əliyevin dilə gətirdiyi bu sözlər, erməni faşizminin bir daha
dirçəlməsinə imkan verilməyəcəyinə əminliyimizdir.
Biz güclü olmalıyıq, düşmənimiz “dəmir yumruğ”u daim hiss etməlidir. Yalnız bu halda əbədi
qələbəmizi təmin etmiş olacağıq!
Nicat Zülfüqarov,
“Azərpoçt” MMC-nin Sabirabad rayon filialının əməkdaşı