

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda
təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Kristof Heusgenin moderatorluq etdiyi,
Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan,
ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid
də iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Avrasiyada sülhün təmin
olunmasının əsas şərtlərindən danışdı: “44 gün çəkmiş müharibə iki ildən bir az çox əvvəl baş vermişdir.
Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini
bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan
və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və
düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində
çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir
ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı
nümunə ola bilər“. Bəli, Azərbaycan məhz düşmənçilik səhifəsinin birdəfəlik bağlanmasına çalışır.
Prezident İlham Əliyevin Münhendə keçirilən görüşlərdə panel iclaslarda verdiyi konket
mesajlarda sülh, təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq və davamlı inkişaf ana xətt təşkil etdi ki, elə
konfransın əsas ideyası da Münhen təhlükəsizlik konfransıdır. Amma çox təəssüflər olsun ki, bu gün
qlobal miqyasda bütün dövlətlər eyni amalla yaşamır.Bu gün super güclərin yeni müharibə ocaqları
yaratmaq üçün apardıqları oyunlar heyrət doğurur. Elə Rusiya-Ukrayna ölkələri fonunda bunu aydın
görmək olur. Dünya sülh istəsəydi müharibələr bu qədər davam etməzdi, deməli sülh pərdəsi arxasında
çox məkrli oyunlar gedir. Maraqlıdır ki, bu günə qədər Azərbaycanla Ermənistan arasında sülhüm
imzalanmamasına görə Ermənistanı yox Azərbaycanı qınayan dairələr var. Prezident İlham Əliyev
Münhen təhlükəsizlik konfransında sülh müqaviləsinin indiyə qədər imzalanmamasının real səbəblərini
bir daha bütün dünyaya bəyan etdi. Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri
olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi,
Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq
Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq
deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən
tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət
etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll
faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili
məsələlərimizdən ayırır. Başqa sözlə, regionda sülh və təhlükəsizlik üçün ilk növbədə qarşılıqlı hörmət,
bir-birinin ərazi bütövlüyünü tanımaq, daxili işlərinə qarışmamaq başlıca şərtdir. Odur ki, Azərbaycan
bir daha Münhendən açıq şəkildə bildirdi ki, Ermənistan və onun havadarları sülh istəyirlərsə,
Azərbaycanın konstitusiyasına və ərazi bütövlüyünə hörmət etməlidirlər. Qarabağ Azərbaycanın tərkib
hissəsi olduğu kimi, Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Onların hüquq və
təhlükəsizliyinin qorunması məhz Azərbaycana aiddir.Qarabağ Azərbaycandır!-bunu Ermənistan da,
onun məlum havadarları da nə qədər tez anlasalar o qədər yaxşı olar.
Vüsal Hüseynov,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin rəisi