isaznow.com
Az Iw En Ru

Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artır

13 fevral 2023-cü il tarixdə  Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik
stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev həmin
mərasimdə iştirak etmiş,geniş məzmunlu çıxış etmişdir.
Möhtərəm Prezidentimiz  təməlqoyma mərasimində çıxış edərək qeyd etmişdir ki, bu çox
əlamətdar hadisə olaraq, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, Mingəçevirin
Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaqdır. Onsuz da Mingəçevir
hazırda elektroenergetika sahəsində  Azərbaycanın əsas şəhəridir. Mingəçevirdə fəaliyyət göstərən
elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər
Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə
Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuş, 1981-ci ildə Ulu Öndərin  iştirakı ilə
stansiyanın  açılışı olmuşdur.
Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını,
ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən
çətin günlərində  ölkəmizin elektrik enerjisi ilə təchizat təmin edilsin. İllər keçdikcə istənilən
infrastruktur təzələnməlidir. Bu baxımdan ölkə Prezidentinin birbaşa tapşırığına əsasən  Mingəçevir
Elektrik Stansiyasının yenidən qurulması 2018-ci ildən başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə
8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə
deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik
olmuşdur.
Mingəçevir Elektrik Stansiyası  İkinci Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan tərəfindən 
atəşə məruz qaldı. Müzəffər Azərbaycan Ordusu bu hücumun qarşısını mətinliklə aldı. Döyüş
meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tutmaqla  böyük həyati
əhəmiyyətə malik olan  Mingəçevir Elektrik Stansiyasını da atəşə tutulmuşdur. Döyüş meydanında
məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq
istəyirdi. Ancaq buna nail ola bilmədi.
1300 meqavat gücündə olan stansiya  Azərbaycanın  enerji potensialını böyük dərəcədə
gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş
yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı
ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar
atacaq. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək
ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa
məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu Avropanın enerji təhlükəsizliyinə növbəti
töhfə olacaqdır. Bu gün Azərbaycanda  olduqca böyük önəm daşıyan  bir enerji sahəsinin  təməli
qoyulur.  Əminliklə  deyə bilərik ki, tikiləcək stansiya nəzərdə tutulan  vaxt ərzində  inşa edilərək həm
ölkəmizin enerji potensialını gücləndirəcək,  həm ixrac imkanlarımızı artıracaq  və  eyni zamnada xarici
tərəfdaşlarımızla növbəti layihələrin  işlənməsinə imkan yaradacaqdır.
Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin,
eyni zamnada ölkə iqtisadiyyatının inkişafı və şaxələndirilməsi sahələrində apardığı islahatların məntiqi
nəticəsidir.
Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


17:12 16.02.2023