

Bildiyimiz kimi Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında
müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma
mərasimində iştirak etdi və çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu.Cənab Prezident çıxışı
zamanı ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcəyini və Mingəçevirin Azərbaycanın
elektroenergetika mərkəzi kimi önəmi daha da artacağını xüsusilə qeyd etdi.
Hər kəsə məlumdur ki, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev
olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının
təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı
ilə açılışı olmuşdur. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik
enerjisi ilə təmin edirdi.Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji
potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta
müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.
Təbii ki, Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir.
Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə
ehtiyacının böyük hissəsini ödəyir.Bu günlərdə təməli cənab Prezident İlham Əliyev tərəfindən qoyulan
yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə
təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında
Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə
növbəti töhfə olacaqdır.Bundan başqa yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi
nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf
mühitə də bunun çox böyük faydası olacaqdır.
Niyaməddin Məmmədov,
Sabirabad rayonu Qaralar bələdiyyəsinin sədri