

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda “Gülüstan”
sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma
mərasimində çıxışında respublikanın iqtisadi inkişafı haqqında geniş məlumatlar verdi. Bu məlumatların
mahiyyəti ölkənin sabahlarının daha nurlu olacağına inam kimi dinlənildi.
Bu və ya digər dövlətin iqtisadi inkişafı həm də onun enerji resursları ilə hansı səviyyədə təmin
edilməsindən də asılıdır. Bu baxımdam Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasındadır.
Cənab Prezident çıxışında qeyd etdi ki, ölkəmizin enerji potensialı əhəmiyyətli dərəcədə
güclənməkdədir. Bu baxımdan Mingəçevir Azərbaycan üçün, müəyyən mənada, baza hesab edilə bilər.
2025-ci ildə Mingəşevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq. Bu,
Azərbaycan üçün qüdrətə qüdrət kimi yaşanılacaqdır.
Müstəqil Azərbaycanda bütün sahələr üzrə qazanılan uğurlar böyük tarixi şəxsiyyət Heydər
Əliyevin dühasının nəticəsidir. Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük
elektrik stansiyasının təməli qoyulmuşdu. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər
Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdu. 2025-ci ildə açılışı olacaq stansiya bu şəbəkənin bir hissəsi
və davamı hesab edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirdi ki, müstəqilliyin
ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi
generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye
potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk
illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Azərbaycan bu və bu kimi inamın
inkişaf mərhələsini yaşayır, gələcək inkişaf daha möhtəşəm olacaq...
Ölkə başçısı çıxışında işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri haqqında da
müxtəsər məlumat verərək qeyd etdi ki, azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk
növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su
elektrik stansiyası inşa edilmişdir. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox
generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Ancaq azad edilmiş
torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Şərqi Zəngəzurun və
Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər
generasiya gücləri yaradaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu çıxışı Azərbaycanın həm siyasi,
həm də iqtisadi qüdrətinin daha da artdığının, artacağının təsdiqidir.
Əvəz Məmmədov,
Sabirabad rayonu Qaragüney kənd yaradıcılıq evinin direktoru