

Türkiyə-Azərbaycan əlaqələrini bir sıra dövlətlər üçün gözəl örnək hesab etmək olar. Azərbaycan
və Türkiyənin münasibətləri iki müttəfiq və ya dost ölkə anlayışlarından daha böyükdür. Bütün dünya
Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm etdirən «Bir millət, iki dövlət» milli konsepsiyasının
bəşəri missiya olduğunu görür. Hər zaman bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən
Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb.
Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik
kodları birləşdirir.
Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ Azərbaycanda da çox böyük kədərlə
qarşılandı. Qardaş ölkənin səsinə ilk səs verən məhz ölkəmiz oldu. Həmin gün Prezident İlham Əliyev
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək qeyd edib ki, bu, böyük fəlakətdir və
ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Zəlzələ baş verdiyi gün FHN-in 1000 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Dövlətlə yanaşı
xalqımız da qardaş ölkəyə dəstək kampaniyasına qoşularaq vəfa borclarını yerinə yetirirlər. Prezidentin
tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan
Türkiyəyə genişmiqyaslı yardım həyata keçirilir. Bu günə qədər təyyarələr və avtomobil karvanı
göndərilib. Təbii ki, bunlar son deyil, yardım davam edir. Dövlət başçımızın tapşırığına əsasən
Türkiyədə baş verən faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə
genişmiqyaslı yardım həyata keçirilir. Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək
olmaq üçün kimin əlində nə var onu gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün
dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində
deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Bu günə qədər təyyarələr və
avtomobil karvanları göndərilib, yardımlar bu gün də davam edir. Bu gün tək Azərbaycandan deyil,
eləcə də, dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımız da qardaşlarımıza dəstək olmaq üçün
əlindən gələni edirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Çoxsaylı insan
tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən
qardaş ölkəyə humanitar yardım göndərilib və yardımların göstərilməsi davam edir.
Qeyd edirik ki, Türkiyədə baş verən zəlzələ nəticəsində tələfatın və xəsarət alanların olması
ölkəmizin hər yerində hər yaşayış məntəqəsində olduğu kimi, Sabirabad sakinlərini də dərindən sarsıdıb.
Sabirabad Rayon İcra Hakimiyyəti də Türkiyədə zəlzələdən zərər çəkən insanlara humanitar yardım
aksiyasına qoşulub. RİH-in xətti ilə isti geyimlər, ərzaq məhsulları, gigiyenik vasitələr tədarük edilib.
Dünyanı sınağa çəkən fəlakətlər bir qayda olaraq insanları birləşdirir. Həmişə bir-birinin
köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa
maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı,
səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir. Türkiyə-Azərbaycan regionda
sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar. Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi, hər
zaman olduğu kimi, bu gün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının
yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü
əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir.
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri, Vətən Müharibəsi iştirakçısı