

Azərbaycan Prezidenti İlham Əliyev zəlzələ baş verən günü Türkiyənin Prezidenti Rəcəb Tayyib
Ərdoğana başsağlığı məktubu ünvanlayıb, öz adından və Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verib, yaralananlara şəfa diləyib: "Həmin gün həmçinin, cənab Prezident Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayıb və bildirib ki, bu böyük fəlakət qarşısnda Azərbaycan
və Türkiyə hər zaman bir-birinin yanındadır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev
fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ
nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib. Azərbaycan
zəlzələdən sonra ilk dəqiqələrdən öz yardımlarını göndərməyə başlayıb. Preizdent Əliyevin səfirlikdə
görüş zamanı söylədiyi fikirlər qardaş ölkədə də əks-səda doğurub: “Prezidentin çıxışı təsirli idi. O,
bildirdi ki, “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün
kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin
imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə
dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq
əlaqələri mövcuddur”.
Azərbaycan cəmiyyətinin ən müxtəlif kəsimləri qardaş ölkəyə yardım kampaniyasında iştirak
edirlər: “Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük yardım kampaniyası
başlayıb. Həmçinin, Sabirabad sakinləri də Türkiyədə baş verən zəlzələdən ziyan çəkən qardaş və
bacılarımıza kömək məqsədilə yardım kampaniyasına qoşulublar. Təşkil olunmuş bir neçə yardım
toplama məntəqəsində rayon sakinləri qardaş ölkə üçün yardımlarını təqdim edirlər. Yardım aksiyasında
ictimaiyyətin nümayəndələri, fəal gənclər, iş adamları, idarə və müəssisələrin əmək kollektivləri aktiv
şəkildə iştirak edir. Hazırda yardım toplama aksiyası davam edir.
Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə tarixin acı sınağından
keçir. İnanıram ki, Türkiyə dövləti bu imtahandan güclənərək çıxacaq, yaralarını sarıyacaq. Bütün bu
işlərdə Azərbaycan qardaş dövlətin yanında olacaq”.
Murad Cuşkunov,
Sabirabad RİH başçısının Axısxa kənd inzibati ərazi dairəsi üzrə