

Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu
iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası enerji sektorunda qazandığımız
uğurların, onlara yol açan düşünülmüş və məqsədyönlü siyasətin təqdimatı oldu. Dünyanın diqqətini
Azərbaycana yönəldən bu tədbir mühüm çağışları özündə ehtiva etdi. Etimad mühitinin qorunması və
daha da möhkəmləndirilməsi dövlətlər arasında münasibətlərin inkişafında, qarşıya qoyulan hədəflərə
qısa zamanda nail olmaqda, başlanan hər yeni layihənin icrasında səylərin birləşdirilməsində vacib
faktor kimi önə çəkildi.
Azərbaycan 1994-cü il 20 sentyabr tarixində ulu öndər Heydər Əliyevin gərgin səylərinin
nəticəsi olaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla dünya iqtisadi sisteminə
inteqrasiyanın əsası qoyuldu. Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin
sayı artdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkəmiz neft
strategiyasının uğurlarını yaşayır. Neft gəlirlərindən səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsinin
uğurla həyata keçirilməsinə yol açdı.
Azərbaycan beynəlxalq miqyasda baş verən iqisadi proseslərin mərkəzindədir. Prezident İlham
Əliyevin xarici ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycan səfərləri, keçirilən
beynəlxalq əhəmiyyətli, tərəfdaşlar arasında yeni münasibətlərin əsası kimi dəyərləndirilən beynəlxalq
tədbirlər Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına və inkişaf
etdirilməsinə öz müsbət təsirini göstərir. Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır.
Göründüyü kimi Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün
böyük potensiala malikdir. Son bir ildə imzalanan sənədlər bərpaolunan enerji sahəsində mövcud
imkanlarımızı dünyaya təqdim edir. Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və
Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda dövlət başçısı İlham Əliyev bildirdi ki,
bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik
enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.
Natiq Qəfərov,
Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin sədri